Bayden “Şimal axını-2” məsələsində niyə güzəştə getdi?
FT
“Əgər Rusiya gələcəkdə qazdan "silah" kimi istifadə edib müəyyən məsələlərdə nəyisə diqtə etməyə cəhd etsə, Avropa alternativ mənbələrdən mavi yanacaq alacaq. Ona görə də bu qarşılıqlı asılılıqdır. Rusiyanın istənilən aqressiv addımlarına cavab vermək üçün Avropa Birliyi ölkələri və Amerikanın imkanları var”.
Bunu “Toplum TV”-yə ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli deyib.
“"Şimal axını-2" qaz kəmərinin tikintisi layihəsi bu il tamamlanacaq”, - Rusiyanın "Qazprom" şirkətinin İdarə Heyətinin sədri Viktor Zubkov belə deyib.
N.Cəfərlinin fikrincə, “Şimal axını-2”yə qarşı müxtəlif sanksiyaların olmasına baxmayaraq, işlərin 95%-i artıq görülüb: ““Şimal axını-2” layihəsi Almaniya üçün çox vacibdir. Çünki bir neçə il öncə Avropa Birliyi ölkələrində Beynəlxalq Enerji Xartiyası qəbul olunub. Həmin xartiyaya görə, Rusiya Almaniya ərazisini həm qazla təchiz edən, həm də satan ölkə kimi çıxış edə bilməz. “Şimal axını-1” artıq fəaliyyətə başlayıb. “Şimal axını -2” fəailiyyətə başlayandan sonra isə 80 milyard kub metrə yaxın qaz Almaniya üzərindan Avropaya çatdırılacaq. Almaniya dəfələrlə rəsmi bəyan edib ki, bu, ölkənin iqtisadiyyatına müsbət təsir edəcək layihədir, ona görə də Almaniya layihənin davam etdirilməsinə dəstək olacaq. ABŞ da Trampdan sonra Avropa Birliyi ölkələri ilə müxtəlif fikir ayrılıqlarının aradan qaldırmağa və qarşılıqlı güzəşt siyasəti yürütməyə başlayıb".
N.Cəfərli deyir ki, Almaniya şirkətləri ABŞ-ın sanksiyalarından hələlik kənarlaşdırılıb: "Rusiya şirkətləri bu layihədə iştirak edirlər, onlara tətbiq edilən sanksiyalar qalır, hətta yeniləri belə əlavə olunub, amma onlar fəaliyyətlərini davam etdirirlər. Çox güman ki, bu məsələlər qarşılıqlı güzəştlərlə həllini tapıb. Ona görə də bunu Almaniyanın yox, qarşılıqlı güzəştlərin qalib gəldiyi kimi xarakterizə etmək olar. Bayden adminstrasiyası güzəştə getməklə başqa sahələrdə Almaniyadan dəstək istəyəcək, çünki bu işlər bir tərəfli olmur".
N.Cəfərli qənaətincə, burada asılılıq ikitəflidir: “Rusiya hələ də Avropanı qazla ən çox təmin edən ölkədir. Avropa Birliyi ölkələri il ərzində 500 milyard kub metrlik qaz istehlak edirlər. Bunun təqribən 145-150 milyard kub metrini Rusiya verir. Avropanın elə ölkələri var ki, az qala 90%-ə yaxın Rusiya qazından asılıdırlar. Rusiya qaz verməsə, həmin ölkələrdə ciddi problemlər olacaq. Rusiyanında asılılığı da odur ki, qaz satıb pul qazanır və həmin vəsait hesabına öz dövlət büdcəsinin formalaşmasında layihələrin həyata keçməsində istifadə edir. Rusiya büdcəsinin təqribən 3 də biri qaz və neft gəlirlərindən ibarətdir. Kifayət qədər ciddi təsirləri var”.
N.Cəfərlinin hesab edir ki, bu layihə Ukraynanın maraqlarına uyğun deyil: “Ukrayna üzərindən Avropaya təqribən 70-80 milyard kub metrlik qaz çatdırılırdı. Tranzit gəlirləri kifayət qədər Ukrayna iqtisadiyyatına dəstək olurdu. Ən yumşaq hesablamalarla təqribən 3 milyard dollara yaxın Ukrayna tranzitdən pul qazanırdı. Bir də müqavilə şərtlərinə görə, Ukraynanın qaz təminatının bir hissəsinidə tranzit xərci əvəzi Rusiya qaz təminatını həyata keçirirdi. Ona görə də bu layihə Ukraynaya ciddi mənfi iqtisadi zərər verən layihədir. Bunu Ukraynada anlayır və ona görə də Amerika ilə birlikdə bu layihənin həyata keçirilməsinə ciddi qarşı çıxır”.
N.Cəfərlinin fikrincə, Avropa Birliyi “Şimal axını-2” layihəsinə mane olmur: "Heç Rusiya da Trans-Xəzər kəmərinin çəkilməsində maneə yaratmır. Azərbaycanla Türkmənistanın "Dostluq" yatağı ilə bağlı imzaladığı müqavilə də bu istiqamətdə atılan ilk böyük addımdır. Çünki həmin yataqdan təkcə neft yox, təbii qaz da çıxarılacaq. İnfrastruqtur olaraq da həmin təbii qazın Azərbaycana çatdırılması düşünülür. Bu, Trans-Xəzər kəmərinin çəkilməsi daha da asanlaşa bilər. Elə ona görə də “Cənub Qaz Dəhlizi” kəməri çəkilərkən hamıya da məlum idi ki, Azərbaycanın qaz ehtiyatları məhduddur. Avropaya isə ildə cəmi 10 milyard kub metr qaz çatdıra bilər. Amma kəmərin keçid surəti təqribən 33-35 milyard kub metr qaz civarındadır. Dediyim kimi, Azərbaycanın 10 milyard kub metr qaz satma potensialı var.
Türkmənistan qazının da ora qoşulacağı ehtimalını nəzərə alaraq, kəmərin daha böyük həcmdə çəkilməsi ilə bağlı qərar verilib. Ona görə də düşünürəm ki, Trans-Xəzər qaz kəməri baş tutmasa belə, "Dostluq" yatağından çıxarılan qazın Azərbaycan vasitəsilə Avropaya çatdırılması kifayət qədər böyük potensiala malikdir. Hətta gələcəkdə İranın da həmin kəmərə qoşulması ehtimalı böyükdür”.
Toplum Tv
Reuters
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”