Siyasət

Bayram Məmmədovun ölümü ilə bağlı Türkiyə səfirliyi qarşısında aksiya

10 May, 2021
2433

Meydan TV

Azərbaycanlı mühacirlər Berlində Türkiyənin Almaniyadakı səfirliyi qarşısında aksiya keçiriblər.

Məlumatı jurnalist Əfqan Muxtarlı yayıb. 

O, "Meydan TV-nin canlı yayımında deyib ki, aksiya siyasi fəal Bayram Məmmədovun İstanbulda - Kadıköydə müəmmalı ölümü ilə bağlı olub.

Aksiya iştirakçıları Türkiyə hökumətindən Bayram Məmmədovun ölümü ilə bağlı araşdırmaların obyektiv aparılmasını tələb ediblər: "Səfərliyin qarşısında aksiya keçirməklə Türkiyə hökumətindən tələb edirik ki, bu hadisə obyektiv araşdırılsın və azərbaycanlı mühacirlərin Türkiyədə təqib və təzyiqinə son qoyulsun. İndiyə qədər bir neçə mühacir təqiblə üzləşib. Həm Rauf Mirqədirov olayı, həm Sevinc Babayevanın müəmmalı ölümü, eyni zamanda digər siyasi fəalların təzyiqlə üzləşməsi göstərir ki, sifarişlər Azərbaycan hakimiyyəti tərəfindən verilir və Türkiyə hökuməti də bu siyasi sifarişlər əsasında mühacirləri təqib edir". 
Əfqan Muxtarlı qeyd edib ki, Türkiyə azərbaycanlı siyasi fəalların təzyiqinə də son verməlidir: "Qiyas İbrahimovun Türkiyədən deportasiya edilməsi, Bayram Məmmədovun ölümü isə son hədd oldu. Hesab edirik ki, Türkiyə azərbaycanlı mühacirlər üçün təhlükəli ölkəyə çevrilib. Ona görə də bu təzyiqlərə son qoyulmalıdır". 
Jurnalist aksiyanın saat 16:00-da Azərbaycanın Almaniyadakı səfirliyi önündə davam edəcəyini deyib. 
Əfqan Muxtarlı azərbaycanlı mühacirlərin Avropada da təqib və təzyiqlərə məruz qaldığını deyir və o hesab edir ki, bütün bu təzyiqlərin arxasında Azərbaycan hakimiyyəti durur: "Azərbaycan hökuməti Avropada da təqibləri davam etdirir. Belçikda mühacir Vüqar Rzanın müəmmalı ölümü, bir neçə mühacirin döyülməsi aydın göstərir ki, hakimiyyət ölkə xaricində də repressiyalarını davam etdirir. Azərbaycanın Almaniydakı səfirliyi önündə aksiya keçirib tələb edəcəyik ki, təzyiq və təqiblərə son qoyulsun və rəsmi Bakı bu hadisələrin ölkənin xaricdəki imicinə hansı zərbələrin vurduğunun fərqinə varsın".
Azərbaycanlı fəal Bayram Məmmədov mayın 2-də Türkiyədə müəmmalı şəkildə vəfat edib, onun ölümü haqqında məlumat isə mayın 4-də, gecə saatlarında yayılıb.
Dostu Elgiz Qəhrəmanlı deyib ki, mayın 2-də Bayram Məmmədovdan xəbər ala bilməyib və axtarış üçün polisə müraciət edib. Bundan sonra isə onun ölüm xəbərini alıblar. 
İstanbulun Kadıköy Polis İdarəsinin yaydığı məlumata görə, Bayram Məmmədov mayın 2-də, saat 15:00 radələrində dənizdə boğulub.  
Atası və dostları Bayram Məmmədovun cəsədinə baxış keçirəndən sonra fəalın nəşi mayın 9-da Azərbaycana gətirilib və dəfn edilib.
Bayram Məmmədov bir müddət idi ki, Türkiyədə yaşayırdı. Yaxınları onun Avropada təhsil almaq üçün hazırlaşdığını deyiblər. 
Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə 2016-cı il mayın 10-da keçmiş prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək” və "Fuck the system” sözləri yazdıqdan sonra həbs olunub. 
Rəsmi açıqlamada deyilirdi ki, Bayram Məmmədovdan 2.904 qram, onun evindən isə 1 kiloqram 150 qram heroin aşkar edilib. 
Qiyas İbrahimovdan 2.607 qram, onun yaşadığı evdən isə 1 kiloqram 10 qram heroin tapılıb. 
Bakı Ağır Cinayətlər Məhkəməsi 2016-cı il oktyabrın 25-də Qiyas İbrahimovu, həmin il dekabrın 8-də isə Bayram Məmmədovu 10 il azadlıqdan məhrum edib. 
Hər iki gənc beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıb.
Onlar 2019-cu ilin martında İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıblar. 
Bundan sonra da Bayram Məmmədov ictimai fəallığına görə sutkalıq həbs cəzası çəkib və işgəncələrə məruz qaldığını deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

"Abzas Media"nın işi Xətai rayon məhkəməsinə qaytarılıb

11 Dekabr 2023
Dekabrın 11-də Bakı Apellyasiya Məhkəməsində "Abzas Media"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızının və onların ailə üzvlərinin bank hesablarına həbs qoyulması və bank məlumatlarının ələ keçirilməsi ilə bağlı şikayətə baxılıb. Hakim işi Xətai Rayon Məhkəməsinə geri qaytarıb.  https://toplum.tv/siyaset/puumllvi-hesenliye-tecridxanada-tezyiq-edildiyi-bildirilirp Toplum TV xəbər verir ki, Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova "Amerikanın Səsi"nə açıqlamasında bildirib ki, məhkəmənin qərarı əsassızdır: "Biz məhkəmənin qərarından ona görə şikayət vermişik ki, məhkəmə öz qərarını əsaslandırmayıb. Biz həm də müddətin bərpasına dair vəsatətlər vermişdik. Çünki qərarlar noyabr ayında verilib, biz isə dekabr ayında xəbər tutmuşuq. Ümumiyyətlə, bizi heç məhkəməyə də dəvət etməmişdilər ki, belə bir qərarlar qəbul...
Siyasət

İran Ermənistan və Azərbaycan birgə bəyanatına münasibət bildirib

Toplum TV
11 Dekabr 2023

Rəsmi səhifə

İran Ermənistan və Azərbaycanın qarşılıqlı fəaliyyət və əməkdaşlıq, o cümlədən hər iki tərəfdən məhbusların azad edilməsi haqqında birgə bəyanatını alqışlayır. Toplum TV xəbər verir ki, bunu dekabrın 11-də İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani gündəlik brifinq zamanı deyib.  https://toplum.tv/siyaset/presmi-moskva-azerbaycanla-ermenistan-arasindaki-razilasmaya-muumlnasibet-bildiribp XİN sözçüsü bunu müsbət hal kimi qiymətləndirib:  "Davamlı sülhün əldə edilməsi region ölkələri arasında sülh və etimad ritorikasının gücləndirilməsini tələb edir. Ümid edirik ki, bu tədbirlər iki tərəf arasında sülh və sabitliyə gətirib çıxaracaq".  Kənani həmçinin qeyd edib ki, İran regional sülh və təhlükəsizliyin təmin edilməsində hər iki ölkəyə dəstək verməyə hazırdır.

Seçilmiş Videolar

Toplum TV loqo