Siyasət

Bayramovla Lavrov Azərbaycanla Ermənistan münasibətlərin normallaşdırılmasından danışıblar

12 May, 2022
70

mfa.gov.az

Mayın 12-də Düşənbədə Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Rusiyanın xarici işlər nazirləri  Ceyhun Bayramovla Sergey Lavrovun görüşü olub.

Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.

Məlumata görə, görüşdə regionda cari vəziyyətə dair fikir mübadiləsi aparılıb, tərəflər sülhün və təhlükəsizliyin təminatı üçün imzalanmış üçtərəfli bəyanatların (Azərbaycan, Ermənistan və Rusiya liderləri) həyata keçirilməsinin vacibliyini təsdiqləyiblər.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün tədbirlərin görülməsinin vacibliyi qeyd edilib.

Tərəflər təhlükəsizlik sahəsində regional və beynəlxalq gündəliyə dair məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Bu gün Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla da analoji görüş keçirib.

Siyasət

Əliyev Tokayevi Azərbaycana dəvət edib

17 May 2022

president.az

Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək. "president.az”ın məlumatına görə, bu gün, mayın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib. “İlham Əliyev Kasım-Jomart Tokayevi Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub", - məlumatda qeyd olunub. Dövlət başçıları iki ölkə arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər
Siyasət

Müharibə iştirakçıları Müdafiə Nazirliyi qarşısında aksiya keçirib

Samirə Əli
16 May 2022

Toplum Tv

Bu gün, mayın 16-da bir qrup II Qarabağ müharibəsi iştirakçısı Müdafiə Nazirliyi önündə etiraz aksiyası keçirib. Şikayətçilər deyir ki, yanvardan bəri onlara ayrılan veteranlıq təqaüdü verilmir. Dəfələrlə qurumun qarşısına toplandıqlarını bildirən müharibə iştirakçıları təqaüdlərin köçürülməsini tələb edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edir. Nazirliyin məlumatına görə, təqaüdün hansı ayda təyin edilməsindən asılı olmayaraq, 2022-ci ilin 1 yanvar tarixindən hesablanaraq vətəndaşların bank kartına köçürüləcək.

Seçilmiş Videolar

Toplum TV loqo