Siyasət

Bayramovla Mirzoyanın Nyu-York görüşü nə vəd edir?

Samirə Əli
20 Sentyabr, 2022
496

Açıq mənbələrdən götürülüb

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinkenin qonağı olublar.

200-dən çox insanın ölümü ilə nəticələnən sərhəd döyüşlərindən sonra sentyabrın 19-da tərəflər birbaşa danışıqlar üçün masaya oturub.  Görüş "New York Palace Hotel"də baş tutub və bir saata yaxın davam edib.

“Bu görüşdən ciddi nəticə gözləmək mənasızdır”                                 

Siyasi şərhçi Şahin Hacıyev “Toplum Tv”yə verdiyi açıqlamada deyir ki, dünənki görüşdə yeni təklif və ya ideya irəli sürülməyib:

“Mən inanmıram ki, bu görüşün hansısa ciddi nəticəsi olsun. Tərəflər ona görə çağırılıb ki, sülh yolundan dönməsinlər və məsələni hərbi yolla həll etməkdən yayınsınlar.  Amerika tərəfi də sadəcə,  buna yardım etməyə hazır olduğunu söyləyib. Bu cür görüşlər dəfələrlə keçirilib. Odur ki, hansısa ciddi nəticə gözləmək əsassızdır”, - deyə şərhçi əlavə edib.

Şahin Hacıyev – Açıq mənbələrdən götürülüb

Dövlət katibi Blinken  Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini ayın sonuna qədər yenidən görüşməyə çağırıb. Ş.Hacıyev bu məsələyə isə belə münasibət bildirib:

“Hazırda BMT Baş Assambleyasının sessiyasıdır. Təxminən 10 gün davam edəcək.  Bu da o deməkdir ki. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Nyu Yorkda qalıb təkliflər hazırlamalıdır.  Hər iki tərəf inamlı bir bəyanat hazırlayıb regionda sülh istədiklərini göstərməlidir.  Odur ki, ayın sonu üçün planlaşdırılan görüş dünənki iclasın davamı olacaq”.

Azərbaycan və Ermənistan XİN-in bəyənatları

Həm Ermənistan, həm  Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatlarda deyilib ki, tərəflər sülhə hazırdırlar.

https://toplum.tv/siyaset/blinken-pasinyan-ve-eliyev-sulhe-hazir-olduqlarini-bildiribler

Azərbaycan  XİN-dən verilən məlumata görə, Nyu-York görüşündə nazir Ceyhun Bayramov post münaqişə dövründə bölgədə sülhün təmin olunması, bu istiqamətdə zəruri addımlar barədə Azərbaycanın mövqeyini diqqətə çatdırıb: 

“12-14 sentyabr tarixlərində Ermənistan Azərbaycana qarşı təxribatlar və hücumlar həyata keçirməklə toqquşmalara səbəb olub.  Bir neçə saat ərzində əldə edilmiş ilkin atəşkəs Ermənistan tərəfindən pozulub. Bu səbəbdən itkilər olub.  Azərbaycan bölgədə genişmiqyaslı yenidənqurma işləri həyata keçirən və keçmiş məcburi köçkünləri bölgədə yerləşdirən tərəf mövqeyindədir.  Buna görə, sabitliyin pozulmasında maraqlı deyil”.

Ermənistan XİN-in yaydığı bəyanatda isə vurğulanıb ki, Azərbaycan Silahlı Qüvvələri  Ermənistan Respublikasının suveren ərazisindən çıxarılmalıdır:

“Güc tətbiqi və ya güc tətbiq etməklə hədələmə yolverilməzdir, gərginliyin daha da artmasının qarşısını almaq üçün beynəlxalq mexanizmlər cəlb olunmalıdır. Ermənistan Respublikasının xarici işlər naziri humanitar məsələlərin, o cümlədən hərbi əsirlərin qaytarılmasının tezliklə həllinin vacibliyini çatdırıb. Nazir Mirzoyan Ermənistan tərəfinin münasibətlərin hərtərəfli nizamlanması prosesinə cəlb olunmağa hazır olduğunu təsdiqləyib”.

Blinken isə öz növbəsində  ABŞ-ın bu səyləri dəstəkləmək üçün əlindən gələni etməyə hazır olduğunu söyləyib:

“Davamlı diplomatik əlaqə hamı üçün ən yaxşı yoldur. Ermənistanla Azərbaycan arasında fikir ayrılıqlarının hərbi yolla həlli yoxdur. Ancaq düşünürəm ki, fikir ayrılıqlarını diplomatiya yolu ilə həll edən davamlı sülhə aparan bir yol var”.

“Qarabağ erməniləri mübarizəni dayandırmayacaqlar”

Qarabağ separatçılarının lideri Araik Arutyunyan sentyabrın 19-da videomüraciət edib.  Deyib ki, Qarabağ erməniləri müstəqillik uğrunda mübarizəni dayandırmayacaqlar.

“Bizim üçün “Artsax”ın Azərbaycanın bir hissəsi kimi göstərilə biləcəyi istənilən sənəd qəbuledilməzdir. Biz “Artsax” xalqının maraqlarına zidd olan heç bir sənədi qəbul etməyəcəyik. Türkiyə-Azərbaycan təhdidlərini nəzərə alaraq, biz özümüzü müdafiə etmək hüququna malikik və öz müdafiə sistemimizi müasirləşdirmək üçün əlimizdən gələni edəcəyik", - deyə Arutyunyan söyləyib.

Bəs Arutyunyanın bu bəyanatları  Nyu Yorkda iki ölkənin XİN başçılarının görüşü fonunda sülh yolu ilə nizamlanma ümidini azaltmırmı? 

https://toplum.tv/siyaset/nensi-pelosinin-ermenistan-seferi-demokratiyaya-destek-yoxsa-secki-oncesi-kampaniya

Siyasi şərhçi Azər Qasımlıya görə, hazırda Azərbaycanın qarşısında duran və ərazi bütövlüyü ilə təhdid edən tərəf Rusiyadır:

“Bu gün Azərbaycan iqtidarı manipulyasiya edərək,  insanlarda ermənilərə qarşı nifrəti davam etdirməyə çalışırlar. Mən demirəm ki, Ermənistan bizə dost ölkədir. Çünki onların torpaqlarımızı 30 il işğal altında saxlamaq faktını, Xocalı soyqırımını unutmamalıyıq. Amma hazırda qarşımızda duran və bizi ərazi bütövlüyümüzlə təhdid edən Rusiyadır. Çünki  Qarabağda Ermənistana məxsus əsgər qalmayıb. Orada bütün proseslərə nəzarət edən Rusiyanın sülhməramlı kontingentidir.  Arayik Aratunyanı indiki zamanda daha çox rus sülhməramlıları nəzarət edir, nəinki Ermənistan və ya Paşinyan. Ona görə də Arayiki danışdıran Rusiya faktorudur.  Düşünürəm, sərhəd bölgəsində baş vermiş toqquşmalar araşdırılmalı və təxribatı törədənlər tapılmalıdır”,-deyə Qasımlı qeyd edib.

Azər Qasımlı - Sosial Media

Sentyabrın 12-dən 14-dək Ermənistanla Azərbaycan arasındakı sərhəd bölgəsində toqquşmalar olub. Hər iki tərəf itkilər verib.  Döyüşlərdə  Ermənistan tərəfindən  207 nəfər həlak olub. 293 hərbçi və 3 mülki şəxs yaralanıb, 20 hərbçi əsir düşüb.  Azərbaycan tərəfinin itkisi isə 79 nəfərdir, 283 nəfər yaralanıb.

Rəsmi Bakı və Yerevan artan gərginliyə görə bir-birilərini günahlandırırlar. Beynəlxalq təşkilatlar və aparıcı ölkələr atəşkəsin pozulmasını birmənalı pisləyib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

İsxaq Hersoq: Azərbaycan və İsrail strateji əlaqələri bütün regiona təsir edir

30 May 2023

President.az

İsxaq Hersoqun bu gün, mayın 30-da Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşü baş tutub.  Görüş zamanı o, Azərbaycanda olmaqdan məmnunluq duyduğunu bildirib:  "Azərbaycan və İsrail arasındakı əlaqələr müsəlmanlarla yəhudilərin sülh içində birgəyaşayışına, açıq dialoq apara biləcəyinə, birlikdə gözəl işlər görə biləcəyinə və dünyanı daha yaxşı edə biləcəklərinə dair mesaj verir". https://toplum.tv/multimedia/pbakida-israil-sefirliyi-oumlnuumlnde-aksiyap Hersoq Azərbaycan və İsrailin strateji əlaqələrinin sülh, firavanlıq və inkişaf istiqamətində bütün regiona təsir etdiyini vurğulayıb. “Sizi İsraildə qonaq etməyi səbirsizliklə gözləyirəm”, - deyə İsrailin dövlət başçısı İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.  Azərbaycan Prezidenti isə öz növbəsində qeyd edib ki, bu səfər iki ölkə arasında dostluq münasibətlərinin...
Siyasət

Ermənistanla sərhəddə və Qarabağda atəşkəs pozulub

30 May 2023

Rəsmi səhifə

Mayın 29-u saat 19:00-dan mayın 30-u saat 03:55-dək Azərbaycan Ordusunun mövqeləri fasilələrlə atəşə tutulub. Toplum TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.  Bildirilir ki, Ermənistan bölmələri Azərbaycanın Tovuz, Kəlbəcər və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. https://toplum.tv/siyaset/pqarabag-seperatccedililari-eliyeve-cavab-verdip Həmçinin Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam, Şuşa və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin atəşə tutulduğu xəbər verilib.  "Qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb", - deyə Müdafiə Nazirliyindən bildirilib. 

Seçilmiş Videolar

Toplum TV loqo