Siyasət

Bələdiyyə sədrinə qarşı cinayət işi açıldı

24 Noyabr, 2021
136

Açıq mənbələrdən götürülüb

Zaqatala rayonunun Bəhmətli kənd bələdiyyəsinin sədri Həsrət Musayev haqqında cinayət işi başlanıb. O, 2018-2021-ci illər ərzində ümumilikdə 13 min 856 manat bələdiyyə vəsaitini mənimsəməkdə ittiham olunur. 

Bu barədə noyabrın 24-də Baş Prokurorluq məlumat yayıb.

Bələdiyyə sədrinə qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 179.2.4-cü (qulluq  mövqeyindən istifadə etməklə xeyli miqdarda mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb.

Hazırda Zaqatala Rayon Prokurorluğunda Həsrət Musayevlə bağlı istintaq davam edir.

Həsrət Musayevin bu ittihamlara münasibəti məlum deyil.

Həsrət Musayev 2018-ci ildə Bəhmətli kənd icra nümayəndəsi Şamil Xasməmmədovla birlikdə qəzaya düşəndə medianın gündəminə gəlmişdi. 2020-ci ildə isə kənd sakinləri prezidentə ünvanladıqları şikayət məktubunda örüş və əkin yerlərinin olmamasından narazılığını bildirir, buna görə bələdiyyə sədrini ittiham edirdilər.

Siyasət

Human Rights Watch Tofiq Yaqublunun döyülməsindən yazdı

4 Dekabr 2021

Açıq mənbələrdən götürülüb

Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatı həbsxanada artıq 29 gündür aclıq edən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlini müdafiə aksiyası zamanı baş verənlərlə bağlı “Azərbaycan: Müxalifət lideri həbsdə döyülüb” başlıqlı məqalə ilə çıxış edib. "Turan"-ın məlumatında bildirilir. “Azərbaycan polisi 2021-ci il dekabrın 1-də Bakının mərkəzində keçirilən dinc aksiyanı zorakılıqla dağıdıb və onlarla etirazçını həbs edib. Saxlanılanlar arasında müxalifət lideri Tofiq Yaqublu da var. 60 yaşlı Yaqublu bildirib ki, polis onu şiddətlə döyüb,” Human Rights Watch təşkilatı qeyd edib. Human Rights Watch-ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Qogia bildirib ki, “Azərbaycan hakimiyyəti yenə də insanların...
Siyasət

Tofiq Yaqublu prokurorluqda ifadə verdi

3 Dekabr 2021

Sosial Media

Millu Şuranın və "Müsavat" Partiyasının üzvü Tofiq Yaqublu amansızcasına döyülməsilə əlaqədar cümə günü Səbayel Rayon Prokurorluğunda 4,5 saat ifadə verib. Vəkil Nemət Kərimli "Turan"-a bildirib ki, siyasətçinin döyülməsi faktı ilə bağlı cinayət işi hələlik başlanmayıb, araşdırma aparılır. Yaqublu özü bildirib ki, obyektiv araşdırma aparılacağına və günahkarların cəzalandırılacağına inanmır. O, işi Avropa İnsan Hüquqları Məhkəməsinə çıxarmaq niyyətindədir. Yaqublu ifadə verdikdən sonra tibbi ekspertizaya göndərilib. Sonra onun iştirakı ilə "hadisə yeri"nə baxış təyin edilib. Dekabrın 1-də Bakının mərkəzində AXCP fəalı Saleh Rüstəmovun həbsxanadan azadlığa buraxılması tələbiylə etiraz aksiyası keçirilib. Polis 40-a yaxın şəxsi saxladıqdan sonra sərbəst buraxıb. 5 nəfər barəsində isə məhkəmə...
Seçilmiş Videolar