Siyasət

Bəxtiyar Hacıyev: "Rusiya Dağlıq Qarabağda yeni bir dövlət qurur"

31 Mart, 2021
1455

TASS

"Azərbaycan hakimiyyəti Rusiyanı qarşısına alacaq qədər cəsarətli deyil".

İctimai fəal Bəxtiyar Hacıyev Qarabağ ətrafında baş verən son hadisələri, əsgər ölümləri və təxribatları şərh edərkən "Toplum TV"-yə belə deyib. 

Martın 30-da Müdafiə Nazirliyi açıqlama yayıb ki, Xocavənd ərazisində xidmətdən kənar vaxtı göldə çimməyə cəhd göstərən Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əliyev Heydər Rövşən oğlu boğularaq ölüb. 

Bir gün əvvəl isə nazirlik hərbi qulluqçu İlkin Ramin oğlu Zöhrabovun vəfat etdiyini açıqlayıb. Onun martın 22-də vəfat etdiyi deyilsə də, ölüm səbəbi barədə məlumat verilmir. Sosial mediada Qarabağda erməni birləşmələrinin təxribata cəhd etdiyi barədə xəbərlər dolaşır. 

Bu xəbərlərin fonunda "Sputnik Armeniya" martın 31-də Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakovun Qarabağa səfər etdiyini yazıb. 

Bəs Qarabağda nə baş verir? 

Bəxtiyar Hacıyev deyir ki, nə media, nə də rəsmi qurumlar hərbçilərin ölüm xəbərini yazıb, yalnız sosial şəbəkələrdə 3 hərbçinin öldüyü barədə məlumat yayılandan sonra rəsmi qurumlar açıqlama verib: "Rəsmi qurumlar hərbçilərin biri ilə bağlı iddia yaydı ki, göldə boğulub, amma onların ermənilərə əsir düşüb öldürüldüyünü deyənlər də oldu". 

Onun sözlərinə görə, Prezident İlham Əliyev Qarabağ məsələsinin bitdiyini, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu desə də, müharibə yalnız müəyyən əraziləri azad etmək üçün aparılıb və yeni status-kvo yaradılıb. 

Bəxtiyar Hacıyev - Sosial Media

B.Hacıyev bu status-kvonun əvvəlkindən daha təhlükəli olduğunu deyir: "Əvvəl işğalçıların himayədarı Ermənistan idi, bu gün Rusiyadır. Rusiya bu gün Dağlıq Qarabağda yeni bir dövlət qurur". 

O istisna etmir ki, bir müddət sonra ermənilərə Rusiya pasportu paylanacaq: "Bundan sonra isə Azərbaycan ordusunun orada hərbi əməliyyat keçirməsi mümkün olmayacaq". 

"Faktiki olaraq Azərbaycan Dağlıq Qarabağda nəzarət həyata keçirə bilmir. Halbuki 10 noyabr bəyannaməsində göstərilmişdi ki, Ermənistan Silahlı Qüvvələri tam olaraq oradan çıxarılır və təmas xətti boyunca rus sülhməramlıları yerləşdirilir. Amma bu gün biz onun tam tərsini gördük: erməni hərbçilər çıxarılmayıb, Laçın koridoru vasitəsilə Xankəndiyə yük daşıyırlar, Azərbaycan tərəfinin məlumatı yoxdur ki, orda nə var?", - Hacıyev belə deyir. 

O, yeni müharibə təhlükəsi ilə bağlı iddiaları bölüşmür: "Rusiya sülhməramlılarının olduğu yerdə müharibə real görünmür, çünki Azərbaycan hakimiyyəti Rusiyanı qarşısına alacaq qədər cəsarətli deyil". 

Zərdüşt Əlizadə - AFU

Zərdüşt Əlizadə: "Bulqakovun Qarabağa səfəri ilə hərbçilərinin ölümü arasında nə əlaqə ola bilər ki?" 

Siyasi şərhçi Zərdüşt Əlizadə hesab edir ki, hərbçilərin ölümünün səbəbi Azərbaycan ordusunda nizam-intizamın zəif olmasıdır: "Qarabağda çox mühüm tapşırığı yerinə yetirən hərbi hissə və 2 min rus sülhməramlısı var. Bulqakov da gəlib ki, vəziyyətə baxıb nəticə çıxarsın, nazirə məruzə etsin. Burada qeyri-adi heç nə yoxdur".

Telman Əbilov  - Açıq mənbələrdən götürülüb

Telman Əbilov: "Əsgər ölümləri təbiidir"

Hərbi ekspert Telman Əbilovun fikrincə, Qarabağda addım atmaq da təhlükəlidir: "Birincisi, Ermənistan minalanmış ərazlərin xəritəsini verməyib. Bu şəraitdə isə əsgər ölümlərinin olmağı təbiidir. İkincisi, Rusiyanın etdikləri ağlasığmaz, qanunsuz, dünyada analoqu olmayan hərəkətlərdir. Rusiya açıq-aşkar Azərbaycan torpaqlarını işğal edib, erməniləri də girova çevirib". 

"Ermənistan Qarabağ məsələsini yekunlaşdırmaq istəyir, amma Rusiya buna imkan vermir. Çox heyif ki, biz hərbi qələbəmizi siyasi qələbəyə çevirə bilmədik. Yenə də ruslara qulaq asdıq, onların toruna düşdük", - hərbi ekspert belə deyib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo