Siyasət

Blinken: Paşinyan və Əliyev sülhə hazır olduqlarını bildiriblər

20 Sentyabr, 2022
851

Açıq mənbələrdən götürülüb

ABŞ dövlət katibi Entoni Blinken 200-dən çox insanın ölümü ilə nəticələnən sərhəd döyüşlərindən sonra birbaşa danışıqlar üçün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanı Nyu-Yorkda qəbul edib.

Görüş "New York Palace Hotel"də baş tutub və bir saata yaxın davam edib. "Turan"ın Vaşinqton müxbiri xəbər verir ki, iclasda dövlət katibinin köməkçisi Karen Donfrid və Qafqaz danışıqları üzrə baş müşaviri səfir Fil Riker də iştirak ediblər.

Dövlət Departamentinin sözçüsü Ned Prays görüşün yekunlarından sonra bildirib ki, dövlət katibi Blinken ölənlərlə bağlı başsağlığı verib və sülh prosesinə qayıtmağın vacibliyini vurğulayaraq, yeni döyüşlərin qarşısının alınmasının vacibliyini vurğulayıb.

https://toplum.tv/siyaset/nensi-pelosinin-ermenistan-seferi-demokratiyaya-destek-yoxsa-secki-oncesi-kampaniya

"Tərəflərin növbəti addımları müzakirə edildi və dövlət katibi onları ayın sonuna qədər yenidən görüşməyə çağırdı", - Prays bildirib.

Blinken iclası açaraq son döyüşlər zamanı həlak olanların və yaralananların ailələrinə başsağlığı verib: “Döyüşlərin dayanması və son günlər yeni döyüşlərin olmaması bizi ruhlandırır".

Dövlət Departamenti rəhbərinin sözlərinə görə, həm Ermənistanın Baş naziri Nikol Paşinyan, həm də Azərbaycan Prezidenti Əliyev son söhbətləri zamanı ona sülhə “hazır” olduqlarını bildiriblər. “Davamlı diplomatik əlaqə hamı üçün ən yaxşı yoldur. Ermənistanla Azərbaycan arasında fikir ayrılıqlarının hərbi yolla həlli yoxdur. Ancaq düşünürəm ki, fikir ayrılıqlarını diplomatiya yolu ilə həll edən davamlı sülhə aparan bir yol var” deyən Blinken ABŞ-ın “bu səyləri dəstəkləmək üçün əlindən gələni etməyə hazır olduğunu” söyləyib.

ABŞ-ın Bakıdakı keçmiş səfiri Riçard Kozlariç isə bildirib ki, tərəflərin yenidən görüşməyə çağırışı “ABŞ-ın ikitərəfli prosesi irəlilətmək üçün konkret planının olmadığını deməyə əsas verir”.

“Bu, mənə 1994-cü ili, Minsk Qrupunun yaradılmasından əvvəlki dövrü xatırladır, o zaman ABŞ, Rusiya, İran və Türkiyə münaqişə tərəfləri ilə birtərəfli diplomatiya aparmağa çalışırdılar”, - Kozlariç "Turan"ın Vaşinqton müxbirinə görüşün nəticəsini şərh edərkən deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Naxçıvanın iqtisadiyyat naziri vəzifəsindən azad olunub 

8 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. https://toplum.tv/sosial/pprezidentin-serencami-naxccedilivanda-neyi-deyisecek-nbspp Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də NMR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Fərmanı ilə bu vəzifəyə təyin edilmişdi.
Siyasət

İlham Əliyev Ermənistanla verilmiş birgə bəyanatdan danışıb

Toplum TV
8 Dekabr 2023

President.az

Dekabrın 8-də Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib. Toplum TV xəbər verir ki, görüşdə bir sıra məsələlərə, həmçinin Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesinə toxunulub.  Buriç xüsusilə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı alqışladıqlarını bildirib, Avropa Şurasının iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə verməyə hazır olduğunu vurğulayıb. https://toplum.tv/siyaset/presmi-moskva-azerbaycanla-ermenistan-arasindaki-razilasmaya-muumlnasibet-bildiribp Öz növbəsində İlham Əliyev qeyd edib ki, sözügedən birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir. Prezident həmçinin vurğulayıb ki, Avropa Şurası da iki ölkə...

Seçilmiş Videolar

Toplum TV loqo