BMT Qarabağdakı ehtiyacları qiymətləndirmək üçün Rusiyayla işləməyə hazırdır.
Bu barədə təşkilatın baş katibi Antoniu Quterreşin sözçüsü Stefan Dujarrik brifinq zamanı bildirib.
Onun sözlərinə görə, mümkün olan humanitar köməyin mənzərəsi tam aydın olandan sonra BMT Rusiyayla əməkdaşlıq etməyə başlayacaq: "BMT Dağlıq Qarabağ və ona bitişik ərazilərdə, şərtlər icazə verilən anda ilkin müstəqil nazirliklərarası qiymətləndirmə aparmaq da daxil olmaqla, mümkün qarşılıqlı fəaliyyət və iş birliyini müzakirə etməyə hazırdır".
Bundan əvvəl də Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin Qarabağdakı humanitar problemlərin həllinə maraq göstərməsində Rusiyanın maraqlı olduğunu bildirmişdi.