Siyasət

BMT Təhlükəsizlik Şurası Azərbaycan və Ermənistana müraciət edib

15 Sentyabr, 2022
785

Açıq mənbələrdən götürülüb

BMT Təhlükəsizlik Şurasının üzvləri Bakı və Yerevanı tezliklə sülhə çağırıblar. 

Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya "RİA Novosti"yə açıqlamasında deyib. 

Nebenzya bildirib ki, sentyabrın 14-də, çərşənbə günü keçirilən iclasda hamı yekdilliklə tezliklə atəşkəs əldə olunmasının, vəziyyətin siyasi və diplomatik yollarla nizamlanmasının tərəfdarı olduğunu bildirib. 

https://toplum.tv/siyaset/dsx-sehid-olan-herbcilerin-siyahisini-aciqladi

"Moskva sənədə Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin 2020 və 2021-ci illərdəki üçtərəfli bəyanatlarına istinadın daxil edilməsində israrlıdır. Bu bəyanatlar Bakı ilə Yerevan arasında münasibətlərin normallaşması üçün əsas olub, sənədlər həmçinin atəşkəslə bağlı öhdəlikləri və bir sıra yerinə yetirilməli təşəbbüsləri ehtiva edir", - deyə o bildirib. 

Nebenzya həmçinin qeyd edib ki, BMT Təhlükəsizlik Şurası cümə axşamı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə yenidən baxacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

BMT missiyası Qarabağa səfər edəcək

Toplum TV
29 Sentyabr 2023

mfa.gov.az

Rəsmi Bakı BMT missiyasının Qarabağ bölgəsinə səfər edəcəyini açıqlayıb. Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 29-da Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib. Sözçünün dediklərinə görə, Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağda həyata keçirilən humanitar fəaliyyətlə tanış olmaq üçün bölgəyə dəvət edib.  "Bir neçə gün əvvəl aparılan antiterror tədbirlərindən sonra Azərbaycan BMT-nin müvafiq qurumlarını öz Qarabağ bölgəsinə səfərə dəvət edib. Belə bir səfər yaxın günlərdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında, BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinə (2021-2025) uyğun olaraq həyata keçiriləcək. Səfər Azərbaycanın regionda həyata keçirdiyi cari humanitar fəaliyyət ilə tanış olmaq imkanı yaradacaq....
Siyasət

DTX erməni generalı həbs edib

Toplum TV
29 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Ermənistan vətəndaşı Davit Manukyan barədə Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Toplum TV bildirir ki, bu haqda sentyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Xidmətin açıqlamasına görə, Manukyan Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən təkrar terrorçuluq, qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama və daşıma, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma, eləcə də Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə təqsirləndirilib. https://toplum.tv/siyaset/pseparatccedililarin-keccedilmis-muumldafie-naziri-saxlanilibp Onun 27 sentyabr 2023-cü il tarixində saxlanıldığı bildirilib. Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Seçilmiş Videolar

Toplum TV loqo