BMT Təhlükəsizlik Şurası niyə tənqid olunur? – “Beynəlxalq münasibətlərin yenidən nizamlanmasına zərurət var”
Un.org
“BMT Təhlükəsizlik Şurasında İslam dininin, mədəniyyətinin təmsilçilərinin olmaması bu quruma münasibətdə müsəlmanlar arasında etimadı aşağı salıb. İslam dininə mənsub coğrafiyalarda hərbi, siyasi və təhlükəsizlik problemləri, terrorun inkişafı daha qabarıq görünür. Bu baxımdan əlbəttə, BMT-nin təkmilləşdirilməsi mümkündür.”
Politoloq Nəsimi Məmmədli Türkiyə Prezidentinin BMT Təhlükəsizlik Şurasını tənqidini şərh edərkən belə deyib.
Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan Anqolaya səfəri çərçivəsində parlamentdəki çıxışı zamanı deyib ki, bəşəriyyətin taleyi İkinci Dünya müharibəsində qalib gələn bir ovuc dövlətin lütfündən asılı olmamalıdır. Ərdoğan hesab edir ki, diplomatiyanın, ticarətin, beynəlxalq münasibətlərin radikal dəyişikliyi fonunda qlobal təhlükəsizlik arxitekturasının dəyişməzliyi ağlasığmazdır.
Ərdoğan öz kitabında da BMT TŞ-daislahat zərurətindən bəhs edib. Onun fikrincə, BMT-nin müasir tələblərə cavab verməsi üçün TŞ-nın daimi üzvlərinin sayı artırılmalıdır. Hazırda veto hüququna malik ölkələrin sayı beşdir (ABŞ, Böyük Britaniya, Çin, Fransa və Rusiya).
N.Məmmədli Ərdoğanın çıxışındakı arqumentlərlə razılaşır: “Sovet İttifaqının mövcudluğu illərində ABŞ və SSRİ arasında təbii balans var idi. Dünya ikiqütblü siyasi-hərbi və ideoloji mərkəzdən idarə olunurdu. SSRİ dağıldıqdan sonra təkqütblü dünyada beynəlxalq hüququn daha çox pozulduğunun şahidi olduq. Xüsusilə də BMT TŞ-da İslam dininin, mədəniyyətinin təmsilçilərinin olmaması bu quruma münasibətdə müsəlmanlar arasında etimadı aşağı salıb. İslam dininə mənsub coğrafiyalarda hərbi, siyasi və təhlükəsizlik problemləri, terrorun inkişafı daha qabarıq görünür. Bu baxımdan əlbəttə, BMT-nin təkmilləşdirilməsi mümkündür. Ərdoğanın yanaşması ədalətlidir və beynəlxalq münasibətlərin yenidən nizamlanmasına zərurət var”.
Siyasi şərhçi söyləyir ki, BMT Təhlükəsizlik Şurası indiyədək əsasən özünü doğrultmasına baxmayaraq, o, müasir dünyanın tələblərinə uyğunlaşmasa, öz effektivliyini itirəcək: “80 il öncənin hərbi-siyasi reallıqları sürətlə dəyişir. O zaman yaranmış konfiqurasiya müasir geosiyasi, demoqrafiq, iqtisadi, ekoloji dəyişikliklərə adekvat deyil. Beynəlxalq hüququ daha çevik qoruya bilən, universal dəyərlərin tətbiqinə prinsipial yanaşan yeni sistemə ehtiyac var. Nüvə silahının yayılmaması və ümumiyyətlə, bu kütləvi qırğın silahlarına sərt nəzarətin olması, ekologiya, demokratiya, hüquq və azadlıqların pozulması hallarına qarşı birgə qoruyucu və məcburi mexanizmlərin gətirilməsi vacibdir”.
“Yalnız TŞ üzvlərinin çoxalması ilə dünyadakı siyasi, istisadi, ekoloji, hərbi və təhlükəsizlik problemlərini həll etmək çətin olar. Burada kompleks yanaşma ortaya qoyulmalıdır. Bunun üçün dünyada indiki status-kvo dəyişməlidir. Dünyanın çoxqütblü mərkəzləşməsi prosesi gedir. Qarşıdakı illərdə böyük müharibələr, ziddiyyətlər və hərbi-siyasi bloklaşmalar aktuallaşa bilər”, - N.Məmmədli əlavə olaraq qeyd edib.
Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov da hesab edir ki, Ərdoğanın bu çıxışı yerində edilib: “BMT Təhlükəsizlik Şurası özünü doğrultmur. BMT Təhlükəsizlik Şurası bu və digər dövlətlərə münasibətdə də bəzən düzgün qərarlar çıxarmır. Təhlükəsizlik Şurası ölkələri sui-istifadə hallarına yol verirlər. ABŞ, Rusiya kimi dövlətlərin maraqların üstün tutulur. Türkiyə prezdentinin Təhlükəsizlik Şurası haqqında tənqidləri ilk deyil, hətta bir dəfə o, demişdi ki, dünya beşdən böyükdür.
Politoloqun sözlərinə görə, BMT-nin özündə müəyyən islahatların aparılmasına ehtiyac var:
“BMT Təhlükəsizlik Şurası üzvləri çoxaldılmalıdır. BMT-nin son dövrlərdəki fəaliyyətindən narazılıq artmaqdadır. 30 il boyunda Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmalı olduğuna dair qətnamələrin yerinə yetirilməsi bunun ən bariz nümunəsidir. Ancaq buna baxmayaraq, TŞ üzvlərinin dəyişəcəyini düşünmürəm. Çünki maraqlı olan dövlətlər buna qarşı çıxacaqlar”.
Razi Hümbətov - sosial media
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır