gov.uk
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonunda dağıntının miqyasının böyük olduğunu bildirib.
“Kənardan baxdıqda bura kiçik bir şəhərə bənzəyir. Lakin yaxınlaşdıqda gördük ki, bura tamamilə dağıdılıb və ruhlar şəhəri olub” - APA-nın məlumatına görə fevralın 6-da Cəbrayılda gördüklərini Böyük Britaniya səfiri belə ifadə edib.
Ceyms Şarp Britaniya şirkətlərinin həmin ərazilərdə aparılacaq quruculuq işlərinə cəlb olunmasından da danışıb: “Qarşıda görüləcək çox işlər var. Bu ərazilərin vəziyyəti öyrənilməli, minalardan təmizlənməlidir. Daha sonra Britaniya şirkətləri burada bərpa olunan enerji, kənd təsərrüfatı, turizm baxımından maraqlı ola bilər”.
Fevralın 6-da Azərbaycandakı diplomatik korpusun nümayəndələri və hərbi attaşelər işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonuna səfər ediblər. Diplomatları və hərbi attaşeləri prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqaları müşayiət edirlər.
Buna qədər isə Azərbaycandakı xarici diplomatlar Azərbaycanın işğaldan azad edilən Ağdam və Füzuli rayonlarına səfər edib, oradakı dağıntılarla tanış olublar.
Sosial Media
Sosial Media
İddia: “Polis kapitanı mənə dedi ki, bu dəqiqə paqonumuzu cırıb başına oyun açacağıq”
7 uşaqlı ana: “Demirik ki, bizə ət alsınlar. Deyirik ki, hər ay bir yeşik ərzaq versinlər”
Könül Şamilqızı: “Zelenski arı yuvasına çubuq uzadıb”
"Paşinyan hakimiyyəti devrilsə, sərhədlərin açılması Türkiyənin də, Azərbaycanın da ziyanına işləyəcək”
İsa Qəmbər: “Xalq bu cür önəmli məlumatı erməni və rus mətbuatından öyrənməli deyil”