Açıq mənbələrdən götürülüb
"Heç bir qadın ailə üzvlərinin hücumundan qorxu içində yaşamamalıdır"
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin avqustun 9-da yaydığı bəyanatda deyilir.
Böyük Britaniyanın Azərbaycan hökumətinə İstanbul Konvensiyasını imzalamaq üçün çağırış edib.
“Keçən ay ərzində altı qadının ailə üzvləri tərəfindən öldürülməsi xəbəri və eləcə də Sevinc Məhərrəmovanın qətlindən olduqca narahatıq. Heç bir qadın ailə üzvlərinin hücumundan qorxu içində yaşamamalıdır və hər bir qız təhlükəsiz olduğunu bilərək böyüməlidir. Belə halların düzgün araşdırılması və məişət zorakılığından zərərçəkmişlərin mühafizəsi çox vacibdir. Böyük Britaniya Azərbaycanda gender bərabərliyini dəstəkləməyə davam edir və Azərbaycanı məişət zorakılığına son qoymaq üçün beynəlxalq çərçivə olan İstanbul Konvensiyasını imzalamağa çağırır”, - səfirliyin bəyanatında bildirilir.
Qadınlara Qarşı Zorakılıq və Ailədaxili Zorakılığın Əngəllənməsi və Bunlarla Mübarizəyə dair Avropa Konvensiyası 2011-ci ildə mayın 11-də Avropa Şurası Nazirlər Komitəsinin İstanbul şəhərində keçirilən 121-ci iclasında qəbul edilib. Buna görə də İstanbul Konvensiyası adını alıb. Konvensiyada 45 dövlətin imzası var.
S. Məhərrəmova bu ilin may ayında əri tərəfindən fiziki zorakılığa məruz qaldığı üçün evdən qaçmış, müxtəlif qurumlara müraciət etdikdən sonra zəruri hüquqi prosedurun başladılmasına nail olmuşdu. O, ərinin iki azyaşlı uşağını əlindən almasından da şikayətçi idi.
Vəkil Zibeydə Sadıqova "Toplum TV"-yə açıqlamasında bildirib ki, S. Məhərrəmova uşaqlarına görə məcbur qalıb əriylə barışıb.
O, evə qayıtdıqdan bir müddət sonra, avqustun 3-də isə həyat yoldaşı Füzuli Qarayev tərəfindən qətlə yetirilib.
S. Məhərrəmovanın öldürülməsi ilə bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Füzuli Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Sosial media
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Rasim Balayev AKİ-yə sədr seçildi
Bakıda sorğu: "Azərbaycanda uşaqlar xoşbəxtdirmi?"