Açıq mənbələrdən götürülüb
Böyük Britaniya hökuməti Qarabağda minaların təmizlənməsi əməliyyatlarına əlavə 500 000 funt sterlinq vəsait ayırıb.
Bu barədə iyunun 30-da Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Tvitter“ hesabında məlumat verib.
O bildirib ki, bu region dünyanın minalar və partlamamış hərbi sursatlarla ən çirklənmiş bölgələrindən biridir və Britaniya hökuməti təmizləmə əməliyyatları üçün BMT-nin İnkişaf Proqramına (UNDP) əlavə 500 000 funt sterlinq ayırıb.
https://toplum.tv/dunya/britaniyada-4-gunluk-is-heftesi-sinaqdan-kecirilir
Səfir xüsusi olaraq vurğulayıb ki, son ayrılan vəsait ANAMA-nın ərazi təhlükəsizliyini təmin etməsi, xəsarətlərin qarşısını alması və insanların həyatının xilas etməsinə dəstək olmaq üçün mühüm təlim və mütəxəssis məsləhətlərini təmin edəcək.
"Böyük Britaniya bu regionun minalardan təmizlənməsinə verdiyi dəstək indi 1 milyon funt sterlinqdən artıqdır. Mənim səfirliyim burada, həmçinin, qadınlar, sülh və təhlükəsizlik gündəliyinə də dəstək verir. İnanırıq ki, bizim dəstəyimiz həm də yaxın gələcəkdə qadın minatəmizləmə qrupunun yaradılmasına kömək etmək də daxil olmaqla, Azərbaycanda minalarla mübarizədə gender mövzusunu əsas götürəcək”, - deyə o bildirib.
Rəsmi səhifə
Rəsmi səhifə
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir