Siyasət

Britaniya minaların təmizlənməsində Azərbaycana kömək edəcək

8 İyun, 2021
311

Sosial Media

Böyük Britaniya Müdafiə Nazirliyinin Partlayıcı Maddələrə qarşı Mübarizə İdarəsinin (CEDE) nümayəndəsi Azərbaycana gəlib.

Bu barədə iyunun 8-də Britaniyanın Bakıdakı səfriliyi məlumat yayıb.

“Ötən cümə günü Kəlbəcərdə baş verən faciəvi hadisə bir daha bizə partlamamış mina və hərbi sursatlarının yaratdığı dağıdıcı humanitar riski xatırlatdı. Bu gün Birləşmiş Krallığın Müdafiə Nazirliyinin Partlayıcı Maddələrə qarşı Mübarizə İdarəsinin mütəxəssisi Britaniyanın ANAMA-ya münaqişənin bu ölümcül qalıqları ilə mübarizədə necə kömək edə biləcəyini araşdırmaq məqsədi ilə Azərbaycana səfər edib”, - məlumatda qeyd edilib.

Siyasət

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirilib

18 Sentyabr 2021

Sosial Media

Bloger kimi M. Mahmudov dələduzluqda ittiham olunur Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib. M. Mahmudov Azərbaycan hakimiyyətini və ictimai şəxslər kimi tanınan vətandaşları sərt söyüşlə təhqir və tənqid edən bloger kimi tanınır. Bakıda hökumət əleyhinə aksiyaların iştirakçısı olub.
Siyasət

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

18 Sentyabr 2021
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. "Report"un xəbərinə görə, Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi atteşesinin nümayəndələri iştirak ediblər.
Seçilmiş Videolar