Açıq mənbələrdən götürülüb
Birləşmiş Krallıq 44 günlük müharibədən sonra Dağlıq Qarabağ bölgəsində və ətrafındakı ərazilərdə minaların təmizlənməsi, ərazidə təhlükəsizliyin təmin olunması, xəsarətlərin qarşısının alınması və həyatların xilas edilməsi üçün yarım milyon funt sterlinq ayırıb.
Böyük Britaniyanın Azərbaycandakı Səfirliyindən verilən xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına verilən vəsait mina təmizləməsini dəstəkləmək və Dağlıq Qarabağda və ətrafındakı bölgələrdə çirklənmiş əraziləri insanların istifadəsi üçün təhlükəsiz hala gətirmək üçün təlim və kadr hazırlığına kömək edəcək.
“Bölgədəki müsbət dəyişikliyə doğru fəaliyyətlərin aparıcı qüvvəsi olaraq Birləşmiş Krallıq 2020-ci il Dağlıq Qarabağ münaqişəsindən sonra humanitar dəstəyi elan edən ilk ölkə olmuş və zərər çəkmiş insanları dəstəkləmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə 1 milyon funt sterlinq ianə edib.
Hazırda isə Birləşmiş Krallıq münaqişə və ya partlamamış hərbi sursat səbəbi ilə evlərindən didərgin düşən əhalinin öz həyatlarını yenidən qurmasına və bölgəyə qayıtmasına kömək etməsinə dəstək olmaq üçün digər ölkələri də BMT-nin təşəbbüsünü dəstəkləməyə çağırır”, - deyə qeyd olunub.
Avropa Qonşuluq və Amerika üzrə dövlət naziri Vendi Morton qeyd edib ki, Dağlıq Qarabağ və ətrafındakı ərazilər dünyanın ən çox minalanmış bölgələrindən biridir və bu bölgələrdən mülki vətəndaşların həyatlarını itirdikləri və ya həyatları üçün ağır fəsadlar yaradan xəsarətlər aldıqları barədə tez-tez məlumatlar verilir:
“Birləşmiş Krallığın ayırdığı vəsait BMT-nin təcrübəsindən istifadə etməklə ərazinin daha təhlükəsiz olmasına kömək edənlərə təlim və minalardan təmizləmə işlərində texniki dəstək verərək Ermənistan və Azərbaycanda mülki insanların həyatı üçün riskləri azaltmaq məqsədilə istifadə olunacaq. Bununla belə görüləcək daha çox işlər var. Bu səbəbdən beynəlxalq tərəfdaşlarımızı bölgədəki bütün insanların təhlükəsizliyini təmin etmək üçün tələb olunan olan kollektiv səyləri dəstəkləməyə çağırırıq”.
Məlumatda o da qeyd olunub ki, bölgədə həyat üçün ciddi təhlükə yaradan xeyli sayda mina və partlamamış hərbi sursat qalmaqdadır. Birləşmiş Krallıq Ermənistanı və Azərbaycanı bütün dünyada minalardan istifadəni ləğv etməyə çalışan Ottava müqaviləsini imzalamağa dəvət edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür