Britaniyadakı səfir: Azərbaycan diplomatları təzyiq və təhlükə altındadır
Açıq mənbələrdən götürülüb
“Vətəndaşlarımız başda olmaq səfirlik əməkdaşlarının təhlükəsizliyi və mühafizəsi bizim başlıca prioritetimizdir!”
Bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov "tviter"də hesabında yazıb.
Onun sözlərinə görə, hazırda Londondakı Azərbaycan diplomatları təzyiq və təhlükə altında olsaları da, fəaliyyətlərini davam etdirirlər.
https://toplum.tv/siyaset/xin-azerbaycanin-londondaki-sefirliyine-hucumla-bagli-melumat-yaydi
E. Süleymanov həmçinin qeyd edib ki, Londonda yerləşən radikalların səfirliyə hücumu qəbuledilməz və barbarcadır.
"Bu, diplomatik binaların toxunulmazlığı prinsipininin aşkar pozulmasıdır. Hazırda Bakıdayam, amma həmkarlarımıza olan təhdidlərə baxmayaraq, təhlükəsizlikdə olmalarını görməkdən şadam", - deyə səfir vurğulayıb.
Böyük Britaniya səfirliyi bəyanat yaydı
Böyük Britaniyanın Bakıdakı səfirliyi Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyən bəyanat yayıb.
Bəyanatda deyilir:
"Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyir və hazırda bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparır.
Polis binanın içərisindəki səfirliyin əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib, daha sonra etirazçıları oradan uzaqlaşdırıb və 8 nəfər həbs edilib.
Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan səfirliyi ilə əlaqə saxlayır".
Xatırlatma
Avqustun 4-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücum olub.
Bir qrup dindar ərəbcə yazılan şüarlarla səfirliyin balkonuna çıxıb, Azərbaycan bayrağını yerə salıb, dini şüarlar səsləndirib. Bir müddət sonra səfirliyin təhlükəsizliyi təmin edilib və hücum edənlər saxlanılıb. Britaniya mediasının yazdığına görə, hücumu Mehdi Nökərləri Birliyi (MNB) təşkil edib.
Səbəb olaraq, Azərbaycanda şiə müsəlmanların təzyiqə məruz qaldıqları göstərilib.
"MNB bəyanatında bildirib ki, liderləri onları prezident İlham Əliyevə qarşı təcili tədbir görməyə çağırıb" - Londonun şəhər qəzeti "Metro" yazır.
Rəhbəri Yasir Əl Həbib olan MNB Londonda yerləşən təşkilatdır və internet səhifəsində elan edir ki, məqsədi sivilizasiya üzərində hökmranlığı təmin etməkdir. Təşkilat həm də İran hökumətini tənqid edir. Təşkilatın hazırladığı "Cənnətin Xanımı" filmi bu ilin əvvəlində Londonda sünni müsəlmanların etirazlarına səbəb olduğu üçün kinoteatrlarda yayımdan çıxarılmışdı.
Rəsmi səhifə
Rəsmi səhifə
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir