Siyasət

"Bu, Azərbaycan hökumətinin siyasətidir, Paşazadə sadəcə icraçıdır"

27 İyul, 2021
1462

Açıq mənbələrdən götürülüb

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə iyulun 21-də “Təzəpir” məscidində bayram namazından sonra ictimaiyyət arasında birmənalı qarşılanmayan ifadələr səsləndirdi.

"Ayətullah Xameneyinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı", - bir çox tənqidlərə məruz qaldı. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğanın baş məsləhətçilsi M.Mücahit Küçükyılmaz “Tvitter”də belə bir cavab yazdı: "Demək ki, Xameneyi Ermənistana silah göndərəndə Azərbaycana da fətva göndərirmiş. Amma Xameneyinin fətvası Xameneyinin silahına qalib gəlib".

Tarixçi Altay Göyüşovun sözlərinə görə, şeyxülislam bu fikri özbaşına səsləndirməyib, o, sadəcə icraçıdır. 

Altay Göyüşovun sosial media hesabında paylaşdığı yazını təqdim edirik. 

Altay Göyüşov - Sosial Media

"Birincisi, məsələnin məğzi ondan ibarətdir ki, cənab Paşazadə İranla gərginliyin aradan qaldırılması məsələsini özbaşına eləmir. Məhz Azərbaycan hökumətinin tapşırığı ilə edir. Çıxış heç, Allahşükür Ojaq Nejatı Şuşaya özbaşına istəsə də apara bilməz. Bu, Azərbaycan hökumətinin siyasətidir, Paşazadə sadəcə icraçıdır. Bu siyasət düzdürmü? Təbii ki, Əliyevin xarici siyasət metodları çərçivəsində atılan addımdır. Bu vaxta kimi də ona uğur gətirib. 

İndi o tamamilə başqa məsələdir ki, Paşazadə verilən tapşırığı yerinə yetirəndə quş buraxıb. Bu da cənab Paşazadənin köhnə şakəridir. Adam fikrini həmişə elə tərzdə ifadə edir ki, cəmi aləmi özünə güldürür. Mən bunun barəsində xüsusi yazı da yazmışdım, vaxtilə. Məsələn, vaxtilə Həcc ziyarəti ilə bağlı gərginkik yaşananda çıxıb demişdi ki, camaatı Məkkəyə aparmaq üçün ingilis bankından faizə pul götürmüşəm. Yaxud, vicdan azadlığı məsələsi müzakirə olunanda, adamın “mən bu yaşa çatmışam, vicdan nədir, bilmirəm” sözünü deməsi çoxunuzun yadındadır. Adam fikrini ifadə edə bilmir, problemi budur. 

Məhz buna görə də Türkiyə rəsmilərinin Paşazadənin çıxışından hiddətlənməsi də tamamilə anlaşılandır. Son müharibədə Türkiyə ilə İranın Azərbaycana köməyini eyniləşdirmək üçün gərək Allahsız olasan. Azərbaycan müharibədə məhz Türkiyənin dəstəyi nəticəsində bu cür uğur qazandı. Mən də türklərin yerinə olsa idim, İranla eyniləşdirilməyə sərt cavab verərdim. 

Ümumiyyətlə, isə müharibədən sonra Azərbaycanla Türkiyə arasında yüngül də olsa, gərginliklər var. Türkiyə tərəfinin müharibədəki dəstək əvəzinə Azərbaycandan bir sıra istəkləri var. Amma asan reallaşdıra bilmir. Azərbaycan hökuməti dirənir. 

Əvvəl Azərbaycanla qaz müqaviləsinin yenilənməsində problemlər yaşandı. Türkiyə qiymətin azaldılmasını istəyirdi.

Sonra Şuşada məktəb məsələsi ilə əlaqədar gərginliklər oldu. 

İndi də Türkiyənin Şimali Kiprin tanınmasını Azərbaycandan istədiyi haqqında söhbətlər gəzir. Azərbaycan deputatları, məsələn, Şimali Kiprə aparılmışdı.

İlham Əliyevin isə, yaxşı müşahidəçinin artıq çoxdan sezdiyi bir şakəri var, əlim yandıda hər şeyə söz verir. Böhran arxada qalandan sonra isə verdiyi sözlərin xeylisini müxtəlif vasitələrlə yerinə yetirmir.

Bu Şimali Kipr də yeni söhbət deyil. İlk seçkisi ərəfəsində Əliyev çıxıb televizorda demişdi ki, Şimali Kiprin müstəqilliyini tanıyacağıq. Təbii ki, özü separatizmlə qarşılaşan Azərbaycan, ən azı o dönəmdə bunu edə bilməzdi. Mən İlham Əliyev onu deyəndə televizorun qabağında oturub gülürdüm, türklər isə bilmirəm niyəsə, buna inanmışdılar. Və Azərbaycan nəinki bunu etmədi, hətta Şimali Kiprdə birləşmək referendumuna yunanlar yox deyəndən sonra, türklərin AŞPA-da yunan tərəfini qınayan qətnaməsi səsə qoyulanda, Azərbaycan nümayəndə heyəti hərfi mənada aradan çıxdı. Səməd Seyidov həmişəki kimi, bu aradan çıxmağı əsaslandırmaq üçün, səy-səy şeylər danışırdı.

Bu gün baş verən proses də eyni şeydir. Müharibə dövründə Əliyevə bir cür siyasət lazım idi, o dövrün tələblərinə uyğun xarici siyasət aparırdı, bu gün tamam başqa şey lazımdır, ona uyğun siyasət aparır.  Hələ ki, özü üçün uğurludur.  Üstəgəl, Əliyevin bir güllə ilə iki dovşan vurmaq şakəri də var".

Siyasət

Rusiya sülhməramlılarının komandanı yenə dəyişdi

25 Sentyabr 2021

APA

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilir. APA-nın məlumata görə, görüş zamanı Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib. Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, bu yaxınlarda missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokovla yerinə yetirib. Hazırda estafet Gennadi Anaşkinə keçib.
Siyasət

Həbsdəki sabiq məmurların xaricdəki vəsaitləri geri qaytarıla bilərmi?

Vüsalə Mikayıl
24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

"Burada milyonlarla məbləğdən söhbət gedir. Bunlar müsadirə olunmalı və dövlətə qaytarılmalıdır”.  Bu fikirləri “Toplum Tv”-yə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev məhkumların xarici ölkələrdə yerləşən əmlakının müsadirə edilməsi məsələsini şərh edərkən deyib. Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev sentyabrın 24-də mətbuata açıqlamasında bildirib ki, məhkumların xarici ölkələrdə yerləşən əmlakının müsadirə edilməsi, həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə zəruri tədbirlər görülür. Vüqar Əliyevin sözlərinə görə, bu hallarla bağlı artıq xarici dövlətlərin səlahiyyətli orqanlarına ünvanlanması üçün beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq vəsatətlər hazırlanıb və aidiyyəti üzrə göndərilib. Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, qanunla nəzərdə tutulmuş...
Seçilmiş Videolar