Siyasət

Cavid Məmmədzadə 10 sutka həbs edildi

27 İyun, 2020
1399
İyunun 26-da saxlanılan ictimai fəal Cavid Məmmədzadə iyunun 27-də Sumqayıt Şəhər Məhkəməsində hakim qarşısına çıxarılıb. 

Yaxınlarının verdiyi məlumata görə, C.Məmmədzadə İnzibati Xətalar Məcəlləsinin 535- ci maddəsi ilə ( Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) təqsirli bilinib.

Bundan əlavə yaxınları Cavidi saxlayan polislərə əmrin nazirlikdən gəldiyini deyib. 

Bu haqda polis əməkdaşının onlara bildirdiyi deyilir.

Cavid Məmmədzadə sosial şəbəkələrdə iyunun 26- da axşam saatlarında Sumqayıt şəhər polisinə çağırıldığını yazıb. 

Bildirib ki, Rəsulzadənin şəklini maskaya vurduğu üçün çağırılır. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov isə "Qafqazinfo”ya açıqlamasında C. Məmmədzadənin saxlanılma səbəbini  xüsusi karantin rejimi qaydalarını pozması və bu zaman polisin qanuni tələbinə tabeçilik göstərməməsi ilə əlaqələndirib: "O, küçədə gəzərkən polis əməkdaşları tərəfindən icazəsinin olub-olmaması yoxlanılıb. Bu zaman məlum olub ki, icazənin müddəti saat yarım əvvəl başa çatıb. Bu barədə ona irad bildirəndə həmin şəxs polisin yanından uzaqlaşıb çıxıb getmək istəyib, onu dayanmağa dəvət etsələr də, bu əmrə tabe olmayıb. Buna görə də Cavid Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış materiallarla əməlinə hüquqi qiymət verilməsi üçün müvafiq məhkəməyə göndərilib".

Zülfiyyə Quliyeva
Siyasət

Azərbaycan Rusiyaya nota verdi

1 Avqust 2021

Sosial Media

Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramının cari ilin 30 iyul tarixli buraxılışında Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq və etirazımız müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb. Rusiya Dövlət Dumasında deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışının qeyri-etik olmaqla yanaşı, dövlətlərimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, habelə bu münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz...
Siyasət

Naxçıvan sərhəddində atışma olub

1 Avqust 2021

Açıq mənbələrdən götürülüb

Avqustun 1-də saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. Bilfirilir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Qarşı tərəf cavab atəşi ilə susdurulub (“Report").
Seçilmiş Videolar