Siyasət

Çavuşoğlu Ermənistanla əlaqələrin normallaşdırılması barədə: "Azərbaycanla koordinasiya edəcəyik"

27 Sentyabr, 2021
584

www.aa.com.tr

“Ermənistanla münasibətlərin normallaşmasına dair addımları Azərbaycanla koordinasiya edəcəyik”

APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda Türk Şurası XİN başçılarının iclası çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Mövlud Çavuşoğluun sözlərinə görə, Ermənistanın xarici işlər naziri ilə görüş planda yoxdur.

O bilirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilərdən sonra bəzi müsbət mesajlar verib və Türkiyə dövlət başçısı da buna müsbət yanaşıb.

“Bizim əvvəlcədən arzumuz bu idi ki, müharibədən sonra region sülh regionuna çevrilsin. Azərbaycan sülh təklifi ilə çıxış edib. Lakin Ermənistan sülh təklifinə müsbət cavab verməyib. Biz Ermənistanla münasibətlərin normallaşmasına dair addımları Can Azərbaycanla birlikdə koordinasiya edəcəyik”, - deyə M. Çavuşoğlu vurğulayıb.

Siyasət

Gözlənilən əfv sərəncamı

Vüsalə Mikayıl
19 May 2022

açıq mənbədən götürülüb

Novella Cəfəroğlu və Rüfət Səfərov prezidentə müraciət etdiklərini deyir – Komissiya üzvləri isə ad açıqlamır Mayın 19-da Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. İclasda komissiyaya daxil olan digər müraciətlərə baxılıb. İndiyədək Komissiyanın iclaslarında ümumilikdə əfvlə bağlı 500-dən çox müraciət nəzərdən keçirilib. Hüquq müdafiəçisi Novella Cəfəroğlu 39 nəfərlik siyahını komissiyaya göndərdiklərini deyir. “Cəbhəçilər, redaktorlar, blogerlər, jurnalistlər, vicdan məhbusları və ömürlük cəzaya məhkum olunmuş bir-neçə adamın adını qeyd etmişdik. Biz istəyərdik siyahıda olan şəxslərin hamısına sərəncam şamil olunsun. Nəticəsi olacağını gözləyirik. Hər dəfə bizim siyahıdan 10-15 nəfər əfv siyahısına düşür. Bu dəfə də ən azından o qədər gözləyirik”. “Müdafiə xətti” təşkilatının...
Siyasət

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ləğv edildi

19 May 2022

AMEA

Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu ləğv edilib. “president.az”ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev mayın 19-da fərman imzalayıb. Fərmana əsasən, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi yaradılıb. Bildirilib ki, “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin tabeliyində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsə çevrilməklə yenidən təşkil ediləcək. Hüquq və İnsan Haqları İnstitutunun direktoru deputat, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Aytən Mustafayevadır. Qurum 1999-cu ildə yaradılmışdı. İlham Əliyev Prezident Administrasiyasının (PA) Hüquq ekspertizası şöbəsini də ləğv edib. Ləğv edilən şöbənin müdiri Şahin Əliyev bu gün prezidentin Sərəncamı ilə...

Seçilmiş Videolar

Toplum TV loqo