Siyasət

Cəlilabadda dövlət işçisi rüşvət alarkən saxlanılıb

9 Sentyabr, 2022
166

Açıq mənbələrdən götürülüb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Cəlilabad rayon Dövlət Arxivinin müdiri Toğrul İskəndərov xidməti vəzifəsinin icrası ilə əlaqədar vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalayıb.

Bu barədə  Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Toğrul İskəndərov qeyd olunan vəzifədə işləyərkən tanışı Bağır Şirəliyevlə qabaqcadan əlbir olaraq 2022-ci ilin avqust ayı ərzində vətəndaşın adına torpaq sahəsi ayrılmasına dair arxivdə olan sənədlər əsasında müvafiq arayışın verilməsi müqabilində rüşvət alıb. Habelə, Toğrul İskəndərovun qabaqcadan əlbir olduğu Bağır Şirəliyevlə birlikdə ayrı-ayrı vətəndaşlara müvafiq qurumlarda iş stajlarının olması barədə saxta arayışlar təqdim edərək onların 11 min 500 manat məbləğində pul vəsaitlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İlkin sübutlar əsasında Toğrul İskəndərov və Bağır Şirəliyevə Cinayət Məcəlləsinin müvafiq olaraq 311.1 (rüşvət alma), 32.4 312.2 (rüşvət verməyə təhrik etmə), 178.2.1, 178.2.2, 178.2.3 (dələduzluq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə təkrar törədildikdə ) və digər maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə Toğrul İskəndərov barəsində həbs, Bağır Şirəliyev barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib. 

Siyasət

ABŞ Azərbaycanı ATƏT-lə əməkdaşlığa çağırır

7 Oktyabr 2022
"Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması və bu işdə tərəflərə yardımın göstərilməsində yaxından iştirak edir". Bunu ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter dünən ATƏT-in Vyanadakı Daimi Şurasına ünvanladığı müraciətində bildirib. Bu barədə "Azadlıq radiosu"nun Ermənistan şöbəsi məlumat yayıb.  Səfir ABŞ-ın səylərini, xüsusilə də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında təşkil olunan görüşün əhəmiyyətini vurğulayıb. https://toplum.tv/siyaset/ermenistan-azerbaycanin-erazi-butovluyunu-tanidi Karpenterin müraciətində ​​ABŞ, Ermənistan və Azərbaycanın xarici işlər orqanlarının rəhbərləri - Entoni Blinken, Ararat Mirzoyan və Ceyhun Bayramovun üçtərəfli görüşünün vacibliyi qeyd olunub və...
Siyasət

ABŞ Dövlət Departamenti Edilli kütləvi məzarlığı barədə açıqlama verib

7 Oktyabr 2022

Rəsmi səhifə

ABŞ Dövlət Departamenti Xocavənd rayonunun Edilli kəndində aşkar edilmiş kütləvi məzarlıqla bağlı açıqlama verib. Bu barədə informasiya qurumun rəsmi saytında dərc olunub.  Departamentin sədr müavini Vedant Patel məsələylə əlaqədar bildirib ki, Birinci və İkinci Qarabağ müharibələri zamanı hərbi cinayətlərdə təqsirli olan bütün şəxslər məsuliyyətə cəlb edilməlidir. “Biz uzun müddətdir davam edən bu münaqişə nəticəsində insan tələfatından sarsılmışıq və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Bu münaqişə zamanı çoxlu ailələr öz yaxınlarını itirib”, - deyə o qeyd edib.  https://toplum.tv/sosial/edillide-qazintilar-davam-etdirilecek Xocavəndin Edilli kəndindəki kütləvi məzarlıq oktyabrın 4-də aşkarlanıb. Qazıntılar zamanı məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən...

Seçilmiş Videolar

Toplum TV loqo