"Hesab edirəm ki, Milli Şuranın rəhbərliyində yenilənmə olmalıdır”.
Bunu iyulun 18-də Milli Şuranın sədri Cəmil Həsənli deyib.
“Mən artıq 2014-cü ildən - 8 ilə yaxındır ki, Milli Şuranın sədriyəm. Mən eyni adamın 8 il bir təşkilata sədrlik etməsini təqdir etmirəm”, - Cəmil Həsənli qeyd edib.
Aparıcının “Milli Şuradan getmək istəyirsiniz?” sualına Cəmil Həsənli belə cavab verib: “Xeyr, Milli Şuradan getmək istəmirəm”.
O, sədrlikdən getmək istədiyini ifadə edib.
Cəmil Həsənli onu da əlavə edib ki, Milli Şuranın rəhbərliyində həm intellektual səviyyə baxımından, həm siyasi təcrübə baxımından, həm də cəsarət baxımından sədrliyi yerinə yetirəcək kifayət qədər şəxs var.
Milli Şuranın qurucu üzvlərindən biri olan Həsənli həm də Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin müasir tarixi kafedrası üzrə professoru olub.
O, 2021-ci ilin əvvəlindən London Universitetinin Tədqiat İnstitunda araşdırma proqramı üzrə işə başlayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
mfa.gov.az
Açıq mənbələrdən götürülüb