Azadlıq Radiosu
Dünən, aprelin 13-də Masallı rayonunda “cenub.az» xəbər saytının təsisçisi və baş redaktoru Zahir Əmənovun saxlandığı bildirilir.
“Turan”ın xəbərinə görə, Z.Əmədov günorta saatlarında redaksiyanın ofisində saxlanılıb.
Məlumata görə, jurnalist Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə şübhəli sayılır. Həmin ittihamla jurnalistə 5 ilə qədər həbs cəzası verilə bilər.
Bakı Mətbuat Klubunun həmtəsisçisi və direktoru, “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev “Turan”a ittihamın əsaslılığına şübhə etdiyini deyib:
"30 ildir ki, Zahir Əmənovu Azərbaycanın aparıcı regional kütləvi informasiya vasitələrindən birinin rəhbəri, təcrübəli jurnalist kimi tanıyırıq. Ona görə də pul tələb etmə və cinayət başında yaxalanma kimi ittiham gerçək görünmür. İşi nəzarətdə saxlayacağıq".
A.Əliyev əlavə edib ki, son vaxtlar jurnalist Masallı rayonunda yerli rəhbərliklə münasibətlərində gərginlikdən şikayətlənirdi. Hələlik, bütün bu deyilənlərə Masallı rayon rəhbərliyindən münasibət almaq mümkün olmayıb.
Razi Hümbətov - sosial media
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır