Siyasət

Ceyhun Bayramov Entoni Blinken ilə görüşdü

2 Dekabr, 2021
335

Rəsmi səhifə

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinken ilə görüşüb.

Bu barədə XİN-dən məlumat verilib.

Bildirilir ki, görüşdə tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyi üzrə, o cümlədən iqtisadi, energetika, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

Görüş zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, sərhəd məntəqəsində gərginliyin səbəbləri, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.

Söhbət zamanı Azərbaycanın enerji sahəsində verdiyi töhfə, həm mühüm neft-qaz layihələrinin təşəbbüskarı və icraçısı olduğu, həm də Avropa Birliyinin enerji təhlükəsizliyində mühüm faktor kimi çıxış etdiyi qeyd olunub.

ABŞ rəsmisi beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycan ilə əməkdaşlığı, o cümlədən Azərbaycanın Əfqanıstanda fəaliyyətini yüksək dəyərləndirib.

Mütəşəkkil cinayətkarlıq, terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, sülhə və təhlükəsizliyə təhdid və maneə törədən bir sıra hallarla mübarizədə Azərbaycanın rolu vurğulanıb.

Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə ediblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

BMT missiyası Qarabağa səfər edəcək

Toplum TV
29 Sentyabr 2023

mfa.gov.az

Rəsmi Bakı BMT missiyasının Qarabağ bölgəsinə səfər edəcəyini açıqlayıb. Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 29-da Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib. Sözçünün dediklərinə görə, Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağda həyata keçirilən humanitar fəaliyyətlə tanış olmaq üçün bölgəyə dəvət edib.  "Bir neçə gün əvvəl aparılan antiterror tədbirlərindən sonra Azərbaycan BMT-nin müvafiq qurumlarını öz Qarabağ bölgəsinə səfərə dəvət edib. Belə bir səfər yaxın günlərdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında, BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinə (2021-2025) uyğun olaraq həyata keçiriləcək. Səfər Azərbaycanın regionda həyata keçirdiyi cari humanitar fəaliyyət ilə tanış olmaq imkanı yaradacaq....
Siyasət

DTX erməni generalı həbs edib

Toplum TV
29 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Ermənistan vətəndaşı Davit Manukyan barədə Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Toplum TV bildirir ki, bu haqda sentyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Xidmətin açıqlamasına görə, Manukyan Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən təkrar terrorçuluq, qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama və daşıma, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma, eləcə də Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə təqsirləndirilib. https://toplum.tv/siyaset/pseparatccedililarin-keccedilmis-muumldafie-naziri-saxlanilibp Onun 27 sentyabr 2023-cü il tarixində saxlanıldığı bildirilib. Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Seçilmiş Videolar

Toplum TV loqo