mfa.gov.az
Azərbaycan-Ermənistan delimitasiya komissiyalarının sədrləri müəyyənləşdirilib
Mayın 13-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının Düşənbə şəhərində keçirilən iclasında çıxış edib.
Məlumatı Xarici İşlər Nazirliyi (XİN) yayıb.
Məlumata görə, nazir təşkilata səmərəli sədrliyinə görə Qazaxıstana təşəkkür edib və MDB çərçivəsində aktual məsələləri üzrə fikir mübadiləsi aparmağa imkan verən iclasın təşkilinə görə Tacikistana təşəkkür ifadə edib.
Ceyhun Bayramov, münaqişədən sonrakı vəziyyətdən danışıb : “Münaqişə keçmişdə qalıb və hazırda əsas vəzifəmizin işğaldan azad edilmiş ərazilərimizi yenidən dirçəltmək, iqtisadi və kommunikasiya əlaqələrini bərpa etməklə uzunmüddətli sülh və sabitliyi təmin etməkdir”.
XİN rəhbəri Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa, o cümlədən sülh sazişinin imzalanmasına və sərhədlərin delimitasiyası prosesinin başlanmasına hazır olduğunu qeyd edib.
Nazir bununla bağlı, sülh sazişi üzrə danışıqlar prosesinin başlanması istiqamətində addımların atıldığı, o cümlədən iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə milli komissiyaların sədrləri və formatının müəyyənləşdirildiyi bildirilib. O, Azərbaycan tərəfinin sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirmək əzmində olduğu iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Razi Hümbətov - sosial media
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır