açıq mənbədən götürülüb
“Ümumilikdə Ermənistan xarici işlər naziri ilə müzakirələr konstruktiv keçdi”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazirin sözlərinə görə, erməni həmkarı ilə telefon danışığı zamanı Avropa İttifaqı, Azərbaycan və Ermənistan liderlərinin razılaşmasının davamı olaraq praktiki addımlar müzakirə olunub.
Nazir bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, zaman və gələcək addımlar tələb edir.
C.Bayramov onu da əlavə edib ki, qarşıda sülh müqaviləsi üzrə, eyni zamanda, sərhədlərin delimitasiya prosesi və humanitar məsələlərlə bağlı çağırışlar durur.
"Azərbaycan tərəfi müsbət addımlar atır və qarşı tərəfdən də bunu gözləyir", deyə, C.Bayramov vurğulayıb.
Aprelin 11-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında telefon danışığı olub.
Mənbə: APA
Toplum Tv
president.az
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”