Sosial Media
Gender fəalı Gülnarə Mehdiyeva bu gün Bakıda, Prezident Administrasiya yaxınlığında təkbaşına aksiya keçirib.
Fəal “Azyaşlını zorlayan niyə azaddır?” şüarı yazılan plakat qaldıraraq rəsmi qurumlardan yetkinlik yaşına çatmayan Sənay Yağmurun (Qəhrəmanlı) təcavüzü ilə bağlı əməli fəaliyyət tələb edib.
G. Mehdiyeva "Feysbuk"un canlı yayımında bildirib ki, ölkə rəhbərliyi Sənay Yağmurun məsələsinə müdaxilə etməli və təqsirkarın cəzalandırılmasını təmin etməlidir, əks halda bu, cinayətkarı himayə etmək demək olacaq. “Həmin insan nə qədər ki, azadlıqdadır, biz hamımız təhlükədəyik”, - deyə fəal vurğulayıb.
Polis əməkdaşları plakatı fəalın əlindən alaraq, onu naməlum istiqamətə aparıblar. DİN-in mətbuat xidmətindən Turan-a bildiriblər ki, Mehdiyeva saxlanılmayıb. Bölgədən uzaqlaşdırılaraq sərbəst buraxılıb.
Ötən həftə cinayətin qurbanının anası – yazıçı Zümrüd Yağmur bu cinayətdə bacısı oğlunu ittiham edib, onun qurbana narkotik içirdiyini iddia edib.
Zümrüd Yağmur bildirib ki, istintaq təcavüzkarı qorumaq üçün real araşdırma aparmayıb. Yağmurun çıxışı sosial şəbəkələrdə rezonans doğurub və fəallar Baş Prokurorluqdan obyektiv istintaq aparmağı tələb ediblər.
Dünən Baş Prokurorluq baş prokurorun bu işlə bağlı Yasamal rayon prokurorluğunda CM-in 149.2.3-cü maddəsi ilə açılmış cinayət işinin şəxsi nəzarətə götürdüyü barədə məlumat yayıb. Araşdırmanı davam etdirmək Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Zəruri istintaq tədbirləri həyata keçirilir.
Prokurorluq KİV-dən bu cür həssas mövzuları işıqlandırarkən etik normalara və qanunvericiliyin tələblərinə riayət etməyi xahiş edib.
Açıq mənbələrdən götürülüb
Rəsmi səhifə
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?