Rəsmi səhifə
"ABŞ regionda yaranan mürəkkəb vəziyyətə anlayışla yanaşır və tərəfləri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Qarabağ münaqişəsinin dinc yolla hərtərəfli həllini nəzərdə tutan danışıqlarda dəstəkəməyə hazırdır".
"Novosti-Armeniya"-nın Ermənistanın Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ Prezidenti Co Bayden Baş nazir Nikol Paşinyana göndərdiyi təbrik məktubunda yazıb.
Bayden tərəfləri mümkün olduğu qədər tez danışıqları bərpa etməyə çağırıb.
ABŞ prezidenti həmçinin Paşinyanı seçkilərdə qələbə çalması və yeni hökumət formalaşdırması münasibətiylə təbrik edib.
Onun sözlərinə görə, azad və ədalətli seçkilər erməni xalqının daha demokratik və rifah cəmiyyəti yaratmaq arzusunu əks etdirir.
"Son üç ildə Ermənistan bu yolda tərəqqiyə nail olub və ABŞ bu cəhdləri dəstəkləməyə hazırdır. ABŞ əsas etibarilə yeni patrul polisinin və korrupsiyayla mübarizə aparacaq müstəqil təsisatların yaradılmasını dəstəkləyir", - deyə təbrik məktubunda bildirilib.
Nikol Paşinyan avqustun 2-də Baş nazir vəzifəsinə təyin edilib. İyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkilərində onun "Vətəndaş müqaviləsi" partiyası böyük səs çoxluğuyla qələbə qazanıb.
Razi Hümbətov - sosial media
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır