Siyasət

Daha bir beynəlxalq korrupsiya qalmaqalında Azərbaycanın adı hallanır

10 İyun, 2021
143

Açıq mənbələrdən götürülüb

Tomas Bimer “Bombardier”in 2013-cü ildə Azərbaycanda udduğu, korrupsiya ilə keçdiyi bildirilən tenderdə iddia olunan roluna görə mühakimə olunacaq

"AzadlıqRadiosu"nun məlumatına förə, “Bombardier Transportation” şirkətinin İsveç filialının keçmiş meneceri rüşvətxorluqda ittiham olunur. Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsi (OCCRP) bunun İsveçdə ən böyük korrupsiya qalmaqallarından biri olduğunu yazır.

100 milyon dollar

Tomas Bimer “Bombardier”in 2013-cü ildə Azərbaycanda udduğu, korrupsiya ilə keçdiyi bildirilən tenderdə iddia olunan roluna görə mühakimə olunacaq.

İttihamnaməyə görə, Azərbaycanda dəmiryolunun bir hissəsində siqnal sistemlərinin quraşdırılmasından ötrü 350 milyon dollarlıq kontrakt üçün “Bombardier” azı bir orta vəzifəli dəmiryolu rəsmisinə 100 milyon dollarlıq rüşvət verib.

“Bimer bu layihəyə cavabdeh departamentin başçısı idi. İnanırıq ki, Azərbaycandakı müştəriylə "Bombardier"-in əlbirliyindən onun xəbəri olub”, – Milli Antikorrupsiya İdarəsindən ittihamçı Stafan Edlund OCCRP-yə deyib.

Azərbaycan şirkəti

Rüşvət verildiyi iddia olunan azərbaycanlı dəmiryolu rəsmisinin isə “Trans-Signal-Rabita” (TSR) adlı yerli şirkəti təmsil etdiyi deyilir. Həmin şirkət tenderi İsveç şirkəti ilə birlikdə udub.

Stokholm Rayon Məhkəməsinə təqdim olunmuş ittihamnaməyə görə, TSR və "Bombardier" İsveçdə tenderi elə düzüb-qoşublar ki, onu sonuncu udsun.

İttihamçının sözlərinə görə, Bimer "Bombardier", eləcə də Azərbaycandan dəmiryolu rəsmisi yanlış addım atmadıqlarını deyiblər. Amma isveçli təhqiqatçıların hələlik, azərbaycanlı rəsmini dindirə bilmədiyi vurğulanır.

Məqalədə o da vurğulanır ki, Azərbaycanın dəmiryolu orqanlarının əməkdaşlarından da sözügedən məbləğdən pay düşməmiş deyil.

İttihamçı Edlundun sözlərinə görə, başqalarının da rüşvətxorluqda əli olduğunu demək olar. Amma rüşvətxorluğu sübut eləmək üçün kiminsə bundan faydalandığını göstərmək lazımdır.

Yuxarılara pul çatıbmı?

İttihamçı iddia olunan rüşvətin Azərbaycanda iyerarxiya üzrə yuxarılara nə dərəcədə çatması haqda spekulyasiya etmək istəməyib. Edlundun sözlərinə görə, şübhəliləri dindirmək üçün kömək istəyəndə Azərbaycan hakimiyyəti “o qədər də əhəmiyyətli şeylər” təqdim etməyib. Ancaq ittihamçı Azərbaycandan bəzi sənədləri ala bildiyini deyib.

"Bombardier"-in İsveç filialının keçmiş baş direktorunun əvvəllər də rüşvətxorluqda şübhəli bilindiyi qeyd olunur.

Məqalədə deyilir ki, sözügedən layihənin 85 faizini maliyyələşdirmiş Dünya Bankı "Bombardier"-in 2018-ci ildə Monrealda yerləşən qərargahına yazaraq şirkəti rüşvətxorluqda ittiham edib.

İttihamçı Edlund şirkətin Kanadadakı menecerlərinin yerli tərəfdaşın Azərbaycanla bağlı işindən xəbəri olmasına dəlil görmədiyini deyib. O, sözügedən işin İsveçdə ikinci böyük iddia olunan rüşvət işi hesab edir. Birinci yerdə "Telia" telekommunikasiya şirkətinin Özbəkistanla bağlı korrupsiya qalmaqalı gəlir.

Azərbaycanın beynəlxalq reytinqlərdə korrupsiyaya görə ürəkaçan göstəriciləri olmamasına baxmayaraq, hakimiyyət rüşvətxorluqla sistematik mübarizə getdiyini iddia edir.

Siyasət

Müdafiə Nazirliyi: mütəxəssislər mina xəritələrinin təhlilini aparır

20 İyun 2021

TRT

Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov Ermənistanın Azərbaycana verdiyi Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata aydınlıq gətirib. Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunur ki, hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır və bu iş praktiki olaraq ərazidə həyata keçirilir. “Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir. Bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə, indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir”. Anar Eyvazov zamanı çatdıqca əldə olunan nəticələrin ictimailəşdiriləcəyini bildirir....
Siyasət

Gürcüstanın xarici işlər naziri: "Trio formatında əməkdaşlığın davam etdiriləcəyinə ümid edirəm"

19 İyun 2021

Banker.az

“Cənubi Qafqaz regionunda sülhün əldə edilməsi birgə iqtisadi layihələrin həyata keçirilməsini şərtləndirir”. Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Antalya Diplomatiya Forumunun "Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” adlı panelində çıxış edərkən deyib. D.Zalkaliani həmçinin qeyd edib ki, regional əməkdaşlığı inkişaf etdirmək Gürcüstan və qonşu ölkələr üçün prioritetdir: “Azərbaycanla əla əlaqələrimiz var, biz strateji tərəfdaşlarıq. Türkiyə bizim strateji tərəfdaşımızdır. Biz Ermənistanla da tarixən yaxın əlaqələrimizi inkişaf etdiririk. Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq üçün əla praktiki təcrübəmiz var. Biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələrdə kollektiv şəkildə iştirak edirik və bu, əməkdaşlığın...
Seçilmiş Videolar