açıq mənbədən götürülüb
Azərbaycan və Ermənistan parlamentləri arasında komissiyanın yaradılması təklif edilir.
"Report” yazır ki, bu təklifi Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün, aprelin 15-də keçirilən iclasında səsləndirib.
Deputat bildirib ki, Ermənistan cəmiyyətinə təşəbbüsləri biz verməliyik: « Biz Ermənistan cəmiyyəti ilə çalışmalıyıq. Ermənistan rəhbərliyi tərəfindən atılan etiraf addımları bizi buna vadar edir”.
Fazil Mustafanın sözlərinə görə, artıq Ermənistan tərəfindən Azərbaycanla sülh müqaviləsinin imzalanmasının vacibliyi etiraf edilir.
“Paşinyan özü də etiraf edir ki, Azərbaycanla sülh müqaviləsi imzalanmasa, Ermənistan inkişaf edə bilməz. Artıq bunu özləri etiraf edirlər və biz də bundan istifadə etməliyik. Erməni parlamenti ilə işimizi gücləndirməliyik. Parlamentdə bu istiqamətdə komissiyanın yaradılmasına ehtiyac var. Yeni təşəbbüsü biz irəli sürməliyik”, - o vurğulayıb.
açıq mənbədən götürülüb
AMEA
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”