Siyasət

Deputat onu şikayət edən iqtisadçı barədə: "Ona hələ çox yüngül cavab vermişəm"

Aytac Məmmədli
21 Oktyabr, 2021
601

Açıq mənbələrdən götürülüb

"Nazim Bəydəmirli bilərəkdən mənim haqqımda söyüş kampaniyasına başlayıb. Mən düşünürəm ki, ona hələ çox yüngül cavab vermişəm".

Deputat Etibar Əliyev onun barəsində Milli Məclisə şikayət edən Nazim Bəydəmirli haqqında "Toplum TV"-yə danışarkən belə deyib. 

Sabiq deputat Nazim Bəydəmirli onu təhqir etdiyinə görə Etibar Əliyev haqqında Milli Məclisin Sədrinə, İntizam Komissiyasına müraciət göndərib. 

Oktyabrın 19-da N. Bəydəmirli özünün "Feysbuk" hesabında Etibar Əliyevin "Müəllimlər saxta COVID-19 pasportu alıblar, buna görə də təhsil müəssisələrində yoluxma artır" yazılmış şəklini paylaşıb. N. Bəydəmirli "Seçkidə də günahkar müəllimlər, Coviddə də...Əsas olan özünün necə deputat olmasıdır..." - deyə postun açıqlamasında qeyd edib. 

Bu paylaşımdan sonra E. Əliyev öz səhifəsində fikirlərinin təhrif olunduğunu, N. Bəydəmirlinin isə ona qarşı söyüş kampaniyası təşkil etdiyini yazıb. Deputat həmçinin "debil", "yarımçıq adam", "ifləmə" kimi təhqiramiz ifadələrdən istifadə edib. 

Sosial Media

Nazim Bəydəmirli də öz növbəsində Etibar Əliyev haqqında Milli Məclis rəhbərliyinə müraciət edəcəyini bildirib: “Mən deputatı təhqir etməmişəm və heç kəsi də yönləndirməmişəm, tam əksinə, onu təhqir edən bir çoxlarının şərhlərini silmişəm… Ancaq onun açıq mənbələrdə publik olaraq, öz tərbiyəsinə uyğun olaraq mənə “debil, şərəfsiz, tərbiyəsiz, yarımçıq adam” və s. yazaraq təhqir etməsi barədə Milli Məclisin rəhbərliyinə və Etika komissiyasına, eyni zamanda təmsil olunduğu ictimai təşkilatlara müraciət etməkdən başqa yolum qalmadı…”

N. Bəydəmirlinin "Toplum TV"-yə dediyinə görə, deputat daşıdığı statusa, etik davranışlar qaydasına zidd davranaraq təhqir, həqarətdən istifadə edib: "Millət adına vəzifə daşıyan şəxslər nümunəvi davranış sərgiləməlidir. Onların söylədiyi fikirlər cəmiyyətdə ciddi qəbul olunmur, fəaliyyətləri lağlağı obyektinə çevrilir. Nitqləri ictimai qınağa rast gələndə isə günahkarı başqa yerdə axtarırlar". 

"Şəkilin rəy hissəsinə yazanlardan xahiş etmişəm ki, təhqir yazmasınlar, çoxunu da özüm silmişəm. Bununla təkcə deputatın yox, həm də Milli Məclisin nüfuzunu qorumağa çalışmışam",- deyə sabiq deputat qeyd edib.  

N. Bəydəmirli ümid edir ki, İntizam Komissiyası ən azından deputatlara davranış qaydaları haqqında mühazirə oxuyacaq. Əks halda o, məhkəməyə müraciət edəcəyini bildirib. 

N. Bəydəmirlinin Milli Məclisə ünvanladığı şikayət

Etibar Əliyev isə N. Bəydəmirliyə "yüngül" cavab verdiyini söyləyir. Deputat hesab edir ki, N. Bəydəmirli  bilərəkdən onun haqqımda söyüş kampaniyasına başlayıb. 

"İntizam Komissiyasına müraciət etmək Nazimin hüququdur. Lakin o, təhrif olunmuş bir faktı səhifəsində yerləşdirib, ona başqa yönüm verib. Öz dəstəsini də başına yığıb mənə qarşı söyüş kampaniyasına başlayıb. Nazim Bəydəmirli özü etik normaları pozub, o da hüquq qarşısında cavabdehlik daşımalıdır",- deputat belə deyir. 

İntizam Komissiyasının sədri Eldar İbrahimov isə sabiq deputatın müraciətinin hələ onlara çatmadığını söyləyib. 

Siyasət

Gözlənilən əfv sərəncamı

Vüsalə Mikayıl
19 May 2022

açıq mənbədən götürülüb

Novella Cəfəroğlu və Rüfət Səfərov prezidentə müraciət etdiklərini deyir – Komissiya üzvləri isə ad açıqlamır Mayın 19-da Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. İclasda komissiyaya daxil olan digər müraciətlərə baxılıb. İndiyədək Komissiyanın iclaslarında ümumilikdə əfvlə bağlı 500-dən çox müraciət nəzərdən keçirilib. Hüquq müdafiəçisi Novella Cəfəroğlu 39 nəfərlik siyahını komissiyaya göndərdiklərini deyir. “Cəbhəçilər, redaktorlar, blogerlər, jurnalistlər, vicdan məhbusları və ömürlük cəzaya məhkum olunmuş bir-neçə adamın adını qeyd etmişdik. Biz istəyərdik siyahıda olan şəxslərin hamısına sərəncam şamil olunsun. Nəticəsi olacağını gözləyirik. Hər dəfə bizim siyahıdan 10-15 nəfər əfv siyahısına düşür. Bu dəfə də ən azından o qədər gözləyirik”. “Müdafiə xətti” təşkilatının...
Siyasət

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ləğv edildi

19 May 2022

AMEA

Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu ləğv edilib. “president.az”ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev mayın 19-da fərman imzalayıb. Fərmana əsasən, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi yaradılıb. Bildirilib ki, “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin tabeliyində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsə çevrilməklə yenidən təşkil ediləcək. Hüquq və İnsan Haqları İnstitutunun direktoru deputat, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Aytən Mustafayevadır. Qurum 1999-cu ildə yaradılmışdı. İlham Əliyev Prezident Administrasiyasının (PA) Hüquq ekspertizası şöbəsini də ləğv edib. Ləğv edilən şöbənin müdiri Şahin Əliyev bu gün prezidentin Sərəncamı ilə...

Seçilmiş Videolar

Toplum TV loqo