Siyasət

Deputat: "Qarabağda sülhməramlı yoxdur, oradakılar hələlik erməniməramlılardır"

8 May, 2021
1556

Sosial Media

"Sülhməramlılar Dağlıq Qarabağda hərbi parad keçirir, amma sıra düzülüşü deyib camaatı sakitləşdirmək istəyirlər". 

Bunu hərbi ekspert Telman Əbilov rus sülhməramlılarının Xankəndindəki hərbi paradını "Toplum TV"-yə şərh edərkən deyib. 

Müdafiə Nazirliyinin faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı yaydığı açıqlamada deyilir ki, rus sülhməramlılarının Xankəndində təntənəli sıra düzülüşü planlaşdırılır.

Qeyd olunur ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət göstərən bir qrup hərbçi Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Beyləqan rayonunda İkinci Dünya müharibəsində iştirak etmiş və həlak olmuş şəxslərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyacaqlar.

Telman Əbilov - Sosial Media

Telman Əbilov isə açıqlama ilə razılaşmır, deyir ki, bu, sülhməramlılarının yox, ermənilərin keçirdiyi hərbi paraddır: "Sadəcə, rus sühməramlıların adından istifadə edirlər. Dünya praktikasında elə bir şey olmayıb ki, sülhməramlılar olduqları ərazidə parad keçirsinlər. Osetiya, Abxaziya, Donesk, Dombas, Luqanskda da rus qoşunları var, amma orada parad keçirilmir. Bu, ermənilərin təxribatıdır, Dağlıq Qarabağ respublikasının mövcudluğunu dünyaya çatdırmaq üçün ruslardan istifadə edirlər. Görünür, ruslar da bu təxribata uyurlar". 

Ekspert Azərbaycan rəsmilərinin məsələyə münasibət bildirmədiyinə təəssüflənir: "Azərbaycan hakimiyyəti, hərb yönümlü QHT-lər baş verənlərə səssiz qalırlar. Ən azından diplomatik kanallar, vətəndaş cəmiyyəti vasitəsilə buna münasibət bildirmək, tədbir keçirmək, vəziyyəti dünyaya bəyan etmək olardı. Soruşmurlar ki, ruslar sülhü bərqərar etməyə gəlib, ya parad keçirməyə? Bu, Azərbaycanın müstəqilliyinə həqarətdir. Belə çıxır ki, artıq ermənilər rusun yox, ruslar ermənilərin diqtəsiylə hərəkət edirlər". 

Aqil Abbas - "Lent.az"

Deputat Aqil Abbas isə deyir ki, baş verənlərə təmkinlə yanaşmaq lazımdır: "30 il gözləmişk, 1-2 il də səbr etsək, Xankəndində paradı özümüz keçirəcəyik. Bizim ərazimizdə ruslar ermənilərin dəstəyilə parad keçirir, Rüstəm Muradov da Araik Arutyunyanla birgə bunu qəbul edir. Bizi alçaltmaq istəyirlər, eybi yox, alçaldanları həmişə alçalan görmüşük. Hələ gərək Lavrov da iştirak edə, İrəvandan Bakıya gəldiyi zaman Xankəndinə də baş çəkəydi".   

"Qarabağda sülhməramlı yoxdur, oradakılar hələlik erməniməramlılardır", - deputat belə söyləyib. 

Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı isə nazirliyin rəsmi açıqlamasına əlavə şərh vermək istəmədiyini deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo