Siyasət

DİN: Böyük Britaniya səfirliyinin yanlış məlumat yayması qəbuledilməzdir

17 May, 2022
220

Toplum Tv

Daxili İşlər Nazirliyi Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin 14 may aksiyasnda polisin aksiyaya müdaxilə etməsi saxlanılan şəxslərin olması barədə məlumatına münasibət bildirib.

Toplum Tv

DİN-in rəsmi saytında dərc olunan bəyanatda deyilir ki, mayın 14-də bir qrup şəxs Səbail rayonu ərazisindəki “Fəvvarələr meydanı”nda müvafiq dövlət qurumları ilə razılaşdırılmamış aksiya keçirib: “Bu aksiyanın Azərbaycan Respublikasının "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanununa zidd keçirilməsinə baxmayaraq polis əməkdaşları tərəfindən aksiyaya müdaxilə edilməyib, əksinə iştirakçıların təhlükəsizliyi təmin olunub və aksiyanın yekununda müvafiq bəyanat səsləndirilib. Aksiya zamanı hər hansı insident qeydə alınmayıb və saxlanılan olmayıb”.

Toplum Tv

DİN vurğulayır ki, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin polisin aksiyaya ciddi müdaxilə etməsi və çoxlu sayda saxlanılan şəxsin olması barədə yanlış məlumat yayması qəbuledilməzdir. "Bu, Azərbaycan daxili işlərinə əsassız müdaxilədir. Bu aksiyanın təşkilatçıları və iştirakçıları tərəfindən aksiyanın normal şəkildə keçdiyi və polisin davranışının qənaətbəxş qiymətləndirildiyi halda Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin aksiyaya yanlış qiymət verməsi və ittihamedici iddialarla çıxış etməsi başadüşülən deyil. Bu bəyanatı öz xidməti vəzifələrini yerinə yetirən polisin nüfuzuna xələl yetirmək cəhdi kimi qiymətləndiririk», - nazirlik vurğulayır.

DİN Böyük Britaniyanın Azərbaycandakı səfirliyini yaydığı bəyanatı təkzib etməyə çağırıb.

Toplum Tv

“Ümid edirik ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi iki ölkə arasında əməkdaşlığın və səmimi dialoqun inkişafına xidmət edəcək tərzdə fəaliyyət göstərəcək, süni siyasi əngəllər yaratmaq cəhdindən çəkiləcək", deyə, nazirliyin bəyanatında qeyd olunub.

14 may, saat 15.00-da Bakının Fəvvarələr Meydanında aksiya baş tutub. Aksiyaçılar “Kriminal dövlət istəmirik”, “Öldürmə ədaləti, dayandır cinayəti” şüarları ilə meydana çıxıblar. Yürüş boyu etirazçılar polis müdaxiləsi ilə üzləşib, saxlanılanlar olub.

Siyasət

REAL seçkilərlə bağlı İlham Əliyevə müraciət edib 

29 İyun 2022
Respublikaçı Alternativ Partiyası (ReAl) Milli Məclisdə boş qalan 7 dairə ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edib. Müraciətdə 7 dairədə yaşayan 384 min 545 seçicinin uzun müddətdir ki, Milli Məclisdə təmsilçisiz qaldığı xatırlanıb. Qeyd edilib ki, onlardan 186 min 312 nəfəri Konstitusiyada nəzərdə tutulan 5 illik dövrün yarısı qədər parlament təmsilçiliyindən məhrumdurlar: "Yarandığı vaxtdan parlamentarizm dövlətin vergi siyasətinə birbaşa bağlı olub. Bu baxımdan toplanan vergilərə Milli Məclisin sərəncam verməsində öz təmsilçiləri vasitəsilə iştirakı vətəndaşların haqqı və istəyidir". REAL Partiyası boş qalan dairələrin ikisində yaşayan 1651 seçicidən bu istəkləri barədə imza topladığını vurğulayıb. Müraciətdə 33 saylı Xətai, 35 saylı Xətai,...
Siyasət

Altı erməni hərbçi casusluğa görə həbs olunub
 

29 İyun 2022

Sosial media

Son iki gündə Ermənistanda bir hərbçi, Qarabağda isə beş separatçı döyüşçü dövlətə xəyanətə görə həbs olunub. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına istinadən Turan İnformasiya Agentliyi xəbər verir ki, həbs edilmiş hərbi qulluqçu obyekt, hərbi texnika, təlim keçirən kəşfiyyat bölmələrin sayı, silahlanması barədə məlumat və fotoşəkilləri xarici kəşfiyyata ötürüb. Məlumatda hərbi qulluqçunun "Odnoklassniki" sosial şəbəkəsi vasitəsilə ələ alındığı və 4800 ABŞ dolları müqabilində xarici kəşfiyyata işləməyə razılıq verdiyi bildirilib. Məlumatların “Whatsapp” vasitəsilə ötürüldüyü iddia edilir. Öz növbəsində, bu gün Qarabağ separatçılarının Təhlükəsizlik Xidməti də Azərbaycana işləyən agentlər şəbəkəsinin həbs edildiyini bildirib. Onların hamısı Qarabağ separatçılarının hərbi qüvvələrinin qulluqçularıdır. Bu şəxslərin “Feysbuk”...

Seçilmiş Videolar

Toplum TV loqo