Açıq mənbələrdən götürülüb
Daxili İşlər Nazirliyinin Mili Şuranın üzvü Tofiq Yaqublunun iyulun 13-də Nazirlər Kabinetinin önündə aksiya keçirmək barədə çağırışlarına münasibət bildirib.
DİN Mətbuat Xidmətindən bildirilib ki, icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsi yolverilməzdir. Ona görə də belə bir cəhd olarsa onun qarşısı alınacaq.
Qeyd olunub ki, bu zaman baş verə biləcək hər hansı insidentin məsuliyyəti sözügedən aksiyanın təşkilatçılarının üzərinə düşəcək.
Xatırlatma
Tofiq Yaqublu “Ölkənin quru sərhədlərini açın!” tələbilə etiraz aksiyasının keçirilməsinə çağırıb.
Bu barədə o, iyulun 7-də özünün sosial media hesabında yazıb və iyulun 13-də Nazirlər Kabinetinin binası qarşısında aksiya keçirmək niyyətində olduğunu bildirib.
Yaqublunun sözlərinə görə, artıq Bakı Şəhər İcra Hakimiyyətinə aksiya ilə bağlı xəbərdarlıq məktubu göndərib:
"Quru sərhədlərin çox absurd olaraq bağlı saxlanması əhalinin kifayət qədər böyük hissəsinə ciddi problem yaradır. Hakimiyyətin haqsızlıqlarına və özbaşınalıqlarına etiraz etmək isə, təkcə bu cür hallardan əziyyət çəkən vətəndaşların deyil, bütün cəmiyyətin borcudur".
O, Bakı Şəhər İcra Hakimiyyətinin razılığından asılı olmayaraq, aksiyanı keçirmək niyyətində olduğunu bildirib.
Rəsmi səhifə
Rəsmi səhifə
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir