DİN: Səfər Mehdiyevə görə polislərin işdən çıxarılması xəbəri əsassızdır
Açıq mənbələrdən götürülüb
Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin avtomobilini saxlayan polis əməkdaşlarının dövlət orqanlarından xaric edilməsi xəbəri əsassızdır.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) sözçüsü Elşad Hacıyev avqustun 10-da "Toplum TV"-yə açıqlamasında bildirib.
Bu gün bəzi xəbər portalları Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin avtomobilini saxlayan DYP əməkdaşlarının vəzifələrindən azad edilərək, sərəncama götürülmələri ilə bağlı xəbər yaymışdılar.
Xəbərlər bir neçə gün öncə Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər fonunda verilirdi. Həmin hadisə vaxtı sabiq rəhbər “Mercedes Gelandewagen” markalı, 90-AA-978 dövlət qeydiyyat nişanlı avtomobilindən düşərək polis əməkdaşlarına hirslənib.
https://toplum.tv/siyaset/sahin-bagirov-yeniden-gomruk-komitesine-qaytarildi
Səfər Mehdiyev onu saxlayan polisə: “Nə həyasız adamsan? Maşının nömrəsini görmürsən” deyə əsəbiləşib. Yol polisi isə ona “Cənab general, nömrədə yazılmır axı kimdir sürən?! Bizə deyiblər ki, siqnal olmaz”, - cavabını verib.
Daha sonra Gömrük Komitəsinin sabiq rəhbəri avtomobilinə əyləşərək uzaqlaşıb.
Prezident İlham Əliyev iyulun 16-da sərəncam imzalayıb. Sərəncama əsasən, Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən çıxarılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Paşinyan köçkünlərə 40 mindən çox yaşayış yeri ayrıldığını açıqlayıb
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb