Toplum Tv
ABŞ hökuməti Azərbaycan hakimiyyətini insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə, o cümlədən bütün vətəndaşlara öz fikirlərini dinc şəkildə ifadə etmək imkan verməyə çağırır.
Bunu ABŞ Dövlət Departameninin nümayəndəsi “Turan" agentliyinə 14 may aksiyasını şərh edərkən deyib.
Dğvlət Departamenti bildirir ki, dinc etirazlar açıq siyasi sistemin elementidir. "Biz insanların Azərbaycan Konstitusiyasında zəmanət verilmiş fikirlərini ifadə etmək və dinc şəkildə toplaşmaq azadlıqlarının həyata keçirməsi hüququnu tamamilə dəstəkləyirik", - Vaşinqton rəsmisi bildirib.
Dövlət Departamenti Azərbaycan hökumətinə KİV-lərin təhlükəsizliyini təmin etməyə çağırıb: "Bütün dünyada olduğu kimi, Azərbaycanda da hökuməti KİV-in təhlükəsizliyini təmin etməyə və jurnalistlərin öz işlərini zorakılıq, təhdid və ya bilavasitə saxlanılmaqdan qorxmadan yerinə yetirmək imkanını qorumağa çağırırıq".
14 may, saat 15.00-da Bakının Fəvvarələr Meydanında aksiya baş tutub. Aksiyaçılar “Kriminal dövlət istəmirik”, “Öldürmə ədaləti, dayandır cinayəti” şüarları ilə meydana çıxıblar. Yürüş boyu etirazçılar polis müdaxiləsi ilə üzləşib, saxlanılanlar olub.
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?