Siyasət

Dövlət Departamenti Azərbaycanda dini azadlıq haqqında rəyini açıqladı 

3 İyun, 2022
1049

Açıq mənbələrdən götürülüb

ABŞ Dövlət Departamenti dünyada dini dözümlülüyün vəziyyəti haqqında hesabat dərc edib.

"Turan"-ın məlumatına görə, iyunun 2-də dərc olunan "2021- ci ildə dünyada dini etiqad azadlığı haqqında məruzə" ABŞ Konqresinə təqdim olunan illik sənəddir ki, burada dünyanın təxminən 200 ölkəsində dini etiqad azadlığının vəziyyəti işıqlandırılır. 

Azərbaycana həsr olunmuş bölmədə deyilir ki, ötən ilin iyununda Prezident İlham Əliyev dini etiqad azadlığı haqqında qanuna 14 düzəliş imzalayıb. Digər məsələlərlə yanaşı, yeni düzəlişlər uşaqların dini ibadətə məcbur edilməsini qadağan edir, dini ekstremizmin təbliğini qadağan edir, dövlət qulluqçularının dini fəaliyyətlə məşğul olmasını qadağan edir, rəsmi dini mərkəzlərə dini titulları mənimsəməyə müstəsna hüquq verir və dövlət tərəfindən təsdiq olunmuş dini lider olmadıqda dini icmalardan fəaliyyətini dayandırmağı tələb edir.

"Hökumət düzəlişləri təhlükəsizliyin zəruriliyilə əsaslandırıb. Vətəndaş cəmiyyəti təşkilatları bildiriblər ki, dəyişikliklər din məsələlərini tənzimləyən dövlət orqanına, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə,dini qruplar üzərində daha çox nəzarət verib".

ABŞ səfiri və səfirliyin digər əməkdaşları Azərbaycanın hökumət məmurlarına müraciət edərək vətəndaş cəmiyyəti qruplarının iddialarına əsasən dini əqidəsinə görə həbs edilmiş şəxslərin azad olunmasını xahiş ediblər.

Onlar həmçinin hökumət məmurlarını kiçik dini icmaların qeydiyyatı prosesilə bağlı uzunmüddətli problemləri həll etməyə və konstitusiyada nəzərdə tutulduğu kimi, dini etiqadına görə hərbi xidmətdən imtina edən şəxslər üçün alternativ mülki hərbi xidmət tətbiq etməyə çağırıblar.

ABŞ-ın beynəlxalq dini azadlıq məsələləri üzrə səfiri Rəşad Hüseyn jurnalistlərin qarşısında çıxış edərək bildirib ki, qlobal hesabat "aydın şəkildə göstərir ki, hökumətlər və vətəndaş cəmiyyəti bütün dünyada pisləşən şəraitlə bağlı problemlərin həlli üçün əməkdaşlıq etməlidir".

Azərbaycan, Türkiyə və Rusiya kimi ölkələrdə vəziyyəti yaxşılaşdırmağa kömək etmək üçün Vaşinqtonun sərəncamında diplomatiyadan başqa digər  alətlərin olub-olmaması barədə  jurnalistin sualına cavabda səfir deyib: "Bir sıra alətlər var. Bu məsələlərin həllində irəliləyişə nail olmaq üçün hər situasiyada ən münasib şəkildə onları tətbiq etməyə çalışırıq”.

Onun sözlərinə görə, Vaşinqton öz dini əqidəsinə görə həbsxanalarda olan və təqiblərə məruz qalan şəxslərlə bağlı barədə məsələ qaldırmağa davam edəcək. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Qarabağdakı gərginliyə görə Şarl Mişel İlham Əliyevə zəng edib

25 Mart 2023

Rəsmi səhifə

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel martın 25-də İlham Əliyevə zəng edib. Toplum TV xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, telefon danışığı əsnasında Şarl Mişel Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı məsələlərə toxunub və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə əlaqədar narahatlığını ifadə edib. https://toplum.tv/siyaset/presmi-baki-ermenistana-xeberdarliq-edibp "Prezident İlham Əliyev Azərbaycanın Brüssel prosesini dəstəklədiyini bir daha vurğulayıb. Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə...
Siyasət

Rəsmi Bakı Ermənistana xəbərdarlıq edib

25 Mart 2023

Rəsmi səhifə

Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar Yerevana xəbərdarlıq edib. Toplum TV xəbər verir ki, bu barədə martın 25-də XİN bəyanat yayıb. Açıqlamada Ermənistanın Qarabağa qanunsuz silah daşıdığı qeyd olunub və buna görə Yerevanın məsuliyyət daşıdığı vurğulanıb. https://toplum.tv/siyaset/pqarabagda-gerginlik-azerbaycan-ordusu-herekete-keccedilibp Bildirilir ki, 5 mart tarixində Xankəndi-Xəlfəli-Turşsu yolunda, habelə 20 mart tarixində Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətini nümayiş etdirib. "Ermənistan tərəfinin sözügedən hərbi təxribatları həmçinin Ermənistan rəhbərliyinin son günlərdə təcavüzkar ritorikası ilə müşayiət olunub. Xüsusilə, Ermənistan Prezidenti, Baş naziri və xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi və ərazi...

Seçilmiş Videolar

Toplum TV loqo