Siyasət

DSX generalından Qazaxın 7 kəndi ilə bağlı açıqlama

16 Avqust, 2022
161

Açıq mənbələrdən götürülüb

“Qazaxın 7 kəndi ilə bağlı məsələ delimitasiya mövzusudur. Dövlət Sərhəd Xidməti delimitasiya üzrə komissiyada fəaliyyət göstərir”.

Bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri general-mayor Elçin İbrahimov bu gün, avqustun 16-da keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, delimitasiya işi başa çatdıqdan sonra demarkasiya işləri həyata keçiriləcək.

https://toplum.tv/siyaset/ilham-eliyev-qisas-emeliyyati-ceza-tedbiri-idi

Ermənistan və Gürcüstanla sərhəd olan qərb rayonu Qazaxın 7 kəndi ( Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara Aşağı Əskipara və Xeyrimli kəndləri) I Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən işğal olunub.

Hazırda məcburi köçkünlər müvəqqəti olaraq ictimai binalarda, təhsil müəssisələrində və uşaq bağçalarında, yataqxanalarda, tikintisi yarımçıq qalmış binalarda, kəndlərdə və digər obyektlərdə məskunlaşıblar.

44 günlük müharibədən sonra 7 kəndin Azərbaycana qaytarılacağı ilə bağlı dəfələrlə iddialar səsləndirilsə də, bu hələ reallaşmayıb. 

Bəzi erməni ekspertləri kəndlərin Azərbaycanın  qaytarılmasıyla Ermənistanı Gürcüstanla birləşdirən yolların təhlükə altına düşəcəyini, Azərbaycanın nəzarəti altına keçəcəyini bildirirlər. 

Azərbaycanla Ermənistan sərhədindəki gərginlikdən sonra adları çəkilən kəndlərə rusiya hərbçilərinin nəzarət etməyə başladığına dair xəbərlər yayılmışdı. 

Siyasət

Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat: saxlanılanlar var

4 Oktyabr 2022

Açıq mənbələrdən götürülüb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib. Bu barədə oktyabrın 4-də Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.  Əməliyyat zamanı bir neçə vəzifəli şəxs saxlanıldığı bildirilir. APA-nın xəbərinə görə, saxlanılanlardan biri də İH-nin Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayevdir.
Siyasət

Həbs edilmiş siyasi mühacir aclıq aksiyasına başladı

4 Oktyabr 2022

Sosial Media

Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilmiş Anar Əliyev oktyabrın 3-dən quru aclığa başlayıb.  "Turan" xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Vəkilin sözlərinə görə, Nizami rayon polis idarəsinin müvəqqəti saxlanma yerində saxlanılan Əliyev ona qarşı siyasi və qurama ittiham irəli sürülməsinə, ailəsinə təzyiq olunaraq ölkədən çıxışına məhdudiyyət qoyulmasına etiraz əlaməti olaraq quru aclığa başlayıb. Anar Əliyev iyulda xəstə atasına baş çəkmək üçün Almaniyadan Azərbaycana gəlib. Almaniyada Əliyevin ailəsi humanitar səbəblərlə əlaqədar Almaniyadan sığınacaq alıb. Bir neçə həftə sonra o, polis tərəfindən saxlanılıb və narkotik ticarətində ittiham olunub. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq...

Seçilmiş Videolar

Toplum TV loqo