Siyasət

DTX “Gəncə hadisələri”nə görə bir nəfəri həbs edib

26 Sentyabr, 2022
742

Açıq mənbələrdən götürülüb

Dövlət Təhlükəsizliyi Xidməti “Gəncə hadisələri” hakimlərinə qarşı terrora çağırış etməkdə ittiham olunan şəxsin həbs edildiyinə dair açıqlama yayıb. 

Qurumun rəsmi məlumatında bildirilir ki, 2018-ci il iyulun 10-da Gəncə şəhərində iğtişaş törədilməsi ilə bağlı cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirmiş hakimlərin fotoşəkillərini müxtəlif sosial şəbəkələrdə paylaşmaqla, onlardan qisas alınaraq öldürülmələrinə çağırış edilməsi, eləcə də həmin faktla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsindən daxil olmuş məlumatla əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində müvafiq araşdırmalar aparılıb.

https://toplum.tv/mehkeme/vetene-xeyanet-mehkemesinde-dovlete-etibar-mubahisesi

"Cinayət Məcəlləsinin 214-2-ci (Terrorçuluğa açıq çağırışlar) maddəsi ilə başlanılmış cinayət işi üzrə aparılmış kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində “Facebook” sosial şəbəkəsində Gəncə şəhərində baş vermiş kütləvi iğtişaşlara görə hökm çıxarmış hakimlərin fotoşəkillərinin əks olunduğu paylaşımlarda onların gizlin şəraitdə öldürülmələrinə dair yazılar yerləşdirməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyəti orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirmiş hakimlərin həyatına sui-qəsd etməyə açıq çağırışların xarici ölkə vətəndaşı Bayramov Mühəndis Alyoşa oğluna məxsus sosial şəbəkə profilindən edilməsi müəyyən olunub və onun barəsində axtarış elan edilib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş tədbirlərlə Mühəndis Bayramov saxlanılaraq həbs edilib və barəsində aparılan cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib", - məlumatda bildirilib. 

"Gəncə hadisələri" — 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş verən iğtişaşlara verilmiş qısa addır. Rəsmi məlumatlara əsasən iğtişaşlardan bir həftə əvvəl, iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov tərəfindən Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdi edilib. Sui-qəsd cəhdindən sonra Yunis Səfərovu müdafiə edən bir qrup şəxs Gəncə şəhərində iğtişaşlar törədib.

"Gəncə hadisələri" nəticəsində 54 nəfər həbs edilib. 41 nəfərə 5 ildən 10 ilə qədər olan həbs cəzaları verilib.

Bəzi hüquq müdafiəçiləri “Gəncə hadisələri”nə görə bir çox şəxslərin işgəncələrə məruz qaldığını və bəzi şəxslər haqqında ədalətsiz hökmlər çıxarıldığını açıqlayıblar. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

 47 min erməni sakinin Qarabağdan çıxdığı bildirilir

Toplum TV
27 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Sentyabrın 27-si saat 12:00-a olan məlumata görə, Qarabağdan Ermənistana gələn erməni sakinlərin sayı 47,115 nəfərə çatıb. Toplum TV xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb. Bildirilir ki, dövlət Qarabağ sakinlərinin cəmi 10%-ni müvəqqəti mənzillə təmin edib, qalanları mənzil problemini öz gücü ilə həll etmək istəyiblər. Baqdasaryanın sözlərinə görə, Qarabağdan gələn sakinlər Ermənistan müxtəlif rayonlarında yerləşdirilib.  https://toplum.tv/siyaset/palmaniya-xin-qarabaga-tecili-beynelxalq-missiya-goumlnderilmelidirp Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ötən gün “DW” nəşrinə açıqlamasında demişdi ki, Qarabağı tərk etmək sakinlərin şəxsi və fərdi qərarlarıdır. Hacıyev həmçinin əlavə edib ki, anti-terror tədbirləri zamanı Qarabağda mülki əhali və mülki infrastruktur hədəfə...
Siyasət

Azərbaycan Xankəndinə avtomobillər və 50 nəfərlik heyət yola salıb

27 Sentyabr 2023

Report.az

Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 avtomobili və 50 nəfərlik heyəti Xankəndi şəhərinə yola düşüb. Toplum TV "Report"a istinadən xəbər verir ki, onlar Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayışla əlaqədar axtarış-xilasetmə və digər zəruri təhlükəsizlik tədbirləri görəcəklər. Bildirilir ki, eyni zamanda Xocalı şəhəri yaxınlığında səhra hospitalının qurulması üçün FHN-in 53 avtomobili heyəti və zəruri avadanlıqlarla birgə yola düşəcək. https://toplum.tv/siyaset/palmaniya-xin-qarabaga-tecili-beynelxalq-missiya-goumlnderilmelidirp Xatırladaq ki, sentyabrın 25-də Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində partlayış baş verib.  İlkin məlumata görə, partlayış nəticəsində ölənlərin sayı 68-ə çatıb. Onlardan 21-nin şəxsiyyəti müəyyən edilib. Partlayış nəticəsində 105 nəfər itkin düşmüş hesab edilir. 290 nəfər isə yaralanıb. Sentyabrın...

Seçilmiş Videolar

Toplum TV loqo