Siyasət

DTX-nın "Gömrük işi" çərçivəsində şirkət rəhbərini saxladığı bildirilir

8 Avqust, 2022
525

Açıq mənbələrdən götürülüb

“Broker" MMC-nin rəhbəri Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. 

Bu barədə avqustun 8-də APA məlumat yayıb. 

Agentliyin xəbərinə görə, Məlikovun hansı maddələr üzrə ittiham olunduğu da artıq məlumdur. 

O, Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir.

https://toplum.tv/sosial/gomruk-idaresinin-sabiq-emekdaslarinin-cezasi-agirlasdirildi

"Turan" isə bildirir ki, Məlikov gömrük rəsmiləşdirilməsi sahəsində "brokerlik fəaliyyəti" ilə tanınıb.

O, Azərbaycanda qeyri-qanuni rüsumlarla ölkəyə mal gətirən sahibkarların vergiyə cəlb edilməsini “broker xidmətləri” adlanan sxemlərlə həyata keçirib.

"Sahibkarla gömrük məmuru arasında “birbaşa əlaqələr”in istisna edilməsi bəhanəsilə sənədləşmə işləri “brokerlər” vasitəsilə həyata keçirilib.

İddialara görə, Məlikov müəyyən ödəniş müqabilində malların xeyli aşağı qiymətlərlə sənədləşdirildiyi böyük strukturlardan birinə nəzarət edib.

Bu, Məlikovun vasitəsilə işləyən firmalara üstünlükləri yaradırdı, eyni zamanda dövlətə vergi daxilolmalarının azaldılmasından yetərincə vəsait daxil olmayıb", - deyə "Turan"-ın məlumatında qeyd olunub. 

Məlikovun Fövqəladə Hallar Nazirliyinin rəhbərinə yaxın adam olduğu da bildirilir. Belə ki, o, Heydərovun övladlarının sahibi olduğu “Gilan” holdinqə daxil olan "Qəbələ aqrokompleks" məhdud məsuliyyətli cəmiyyətin təsisçisidir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo