Siyasət

DTX-nın Naxçıvanda həbslərə başladığı bildirilir

25 Noyabr, 2022
243

Açıq mənbələrdən götürülüb

DTX

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə müstəntiqin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxılıb.

Toplum TV APA-ya istinadən xəbər verir ki, məhkəmə işinə Səbail Rayon Məhkəməsində baxılıb və keçirilən prosesdə müstənqtiqin vəsatəti təmin edilib.

Həmçinin qeyd olunub ki, Mənsur Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

https://toplum.tv/siyaset/dtx-rusiya-sulhmeramlilari-texribat-xarakterli-tedbirlerin-kecirilmesine-serait-yaradir

Cinayət işi üzrə araşdırmalar Komitəsində “xüsusilə külli miqdarda” mənimsəmənin üstünü açıldığı bildirilir. Məlumata görə, Mənsur Əsgərov qabaqcadan bir qrup şəxslə əlbir olaraq 132 milyon manat dövlət vəsaitini mənimsəyib. 

"İttihamın mahiyyətindən görünür ki, NMR DGK vəzifəli şəxsləri dövlət gömrük rüsumlarının rəsmiləşdirildiyi ümumi elektron sistemdən əlavə, rəsmiləşdirilmədən idxal olunan mallara görə qeyri-rəsmi ikinci yığım sistemi yaradıblar.

Cinayət işinin gedişatı barədə əlavə xüsusatlar dəqiqləşdirilir", - məlumatda qeyd olunub. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Fransa Azərbaycanla bağlı daha bir qətnamə qəbul etdi - Bakıdan reaksiya

1 Dekabr 2022

Açıq mənbələrdən götürülüb

Fransa parlamentinin aşağı palatası (Milli Assambleya) Azərbaycana qarşı qətnamə qəbul edib.  Toplum TV xəbər verir ki, noyabrın 30-da qəbul edilən sənəddə "erməni hərbi əsirlərin dərhal və qeyd-şərtsiz azad olunması, Azərbaycan suveren Ermənistan ərazisinə hücumları davam etdirərsə, fərdi sanksiyaların tətbiqi" tələb olunur.  Səsvermədə 256 deputat qətnamənin lehinə səs verib, əleyhinə isə səs verən olmayıb. Anoloji qətnamə bir müddət əvvəl Fransa Senatında da qəbul olunmuşdu.   https://toplum.tv/siyaset/makron-azerbaycani-ittiham-edib-ermenistani-tek-qoymacaqlarini-bildirib Bu gün, dekabrın 1-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə ilə bağlı açıqlama yayıb. XİN bildirir ki, Azərbaycan əleyhinə qəbul edilmiş "yalan və iftira dolu qətnamə, bir müddət əvvəl Senatda...
Siyasət

23 Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarılıb

1 Dekabr 2022

Açıq mənbələrdən götürülüb

23 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib. Toplum TV xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.  Bildirilir ki, geri qaytarılma prosesi noyabrın 30-da baş tutub və “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində həyata keçirilib.  https://toplum.tv/multimedia/deportasiya-olunan-muhacirler-almaniyadan-edalet-teleb-edir Məlumatda Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu geri qaytarılan vətəndaşların yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri mümkün çətinliklərin həlli istiqamətində tədbirlərin görüldüyü də qeyd edilib. 

Seçilmiş Videolar

Toplum TV loqo