Siyasət
DTX və Ermənistan MTN-i arasındakı görüşdə nələr müzakirə olunub?
11 Yanvar, 2021
Baxış: 61
FOTO:report.az

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi Azərbaycan və Ermənistanın təhlükəsizlik və sərhəd xidmətləri rəhbərlərinin növbəti görüşləri barədə məlumat yayıb.

DTX-dan yanvarın 11-də verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan arasında 2021-ci il yanvarın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasından keçən hissəsində neytral ərazidə və yanvarın 10-da isə Ermənistanın Sünik vilayətinə aid həmsərhəd Vorotan və Şurnux yaşayış məntəqələrində görüşlər keçirilib. 

Bildirilib ki, sonuncu görüşdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və müqabil ölkənin sərhəd xidmətinin rəhbərliyi də iştirak edib.

Görüşlərdə dövlət sərhədlərində baş vermiş insidentlərin birgə araşdırılması, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və işğaldan azad olunmuş ərazilərinin təhlükəsizliyi, döyüş zonalarında meyitlərin basdırıldığı yerlərin müəyyənləşdirilməsi və əsirlərin dəyişdirilməsi, həmçinin Birinci Qarabağ və Vətən müharibəsində itkin düşüb, girov götürülmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı məsələlərin müzakirə olunduğu qeyd olunub.

Eyni zamanda, aparılmış danışıqlarda 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən əldə edilmiş atəşkəsə davamlı riayət edilməsinin hər iki xalqın, o cümlədən Qarabağın azərbaycanlı və erməni icmalarının maraqlarına və təhlükəsizliyinə xidmət etdiyi vurğulanıb.
Siyasət

 Ramin Quluzadəyə yeni vəzifə verildi

26 Yanvar 2021

PRESIDENT.AZ

Oqtay Şahbazov Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev yanvarın 26-da sərəncam imzalayıb. Prezidentin rəsmi saytının məlumatına görə,  İlham Əliyev digər sərəncamı ilə Ramin Quluzadə Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin edilib.
Siyasət

İlham Əliyev: “Azərbaycanda heç bir senzura yoxdur”

26 Yanvar 2021

Prezıdent.az

Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması münasibətilə videoformatda qəbul edib. Prezidentin rəsmi saytında verilən məlumata görə, İlham Əliyev çıxışında Azərbaycanda internet sahəsindəki vəziyyətdən də danışıb. “Hesab edirəm ki, Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində bölgədə mərkəzi rol oynayır. Təsadüfi deyil ki, artıq dünya miqyasında böyük nüfuz qazanmış “Bakutel” sərgisi ənənəvi olaraq Bakıda keçirilir. Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbərləri ilə mənim çoxsaylı görüşlərim onu göstərir ki, bizdə bu sahəyə qoyulan investisiyalara və yetirilən diqqətə beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymət verilir. Hesab edirəm ki, biz ölkə daxilində rabitə sahəsində bütün əsas məsələləri həll etmişik....
Seçilmiş Videolar