Siyasət

Dünən saxlanılan AXCP üzvü sərbəst buraxılıb

19 Aprel, 2022
385

açıq mənbədən götürülüb

Aprelin 18-də inzibati həbsini başa vurduqdan sonra Bakıda İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinin yanında saxlanaraq Tovuz rayonuna aparılan AXCP üzvü Elxan Əliyev hakim önünə çıxarılıb.

"Azadlıq Radiosu” yazır ki, aprelin 19-da keçirilən prosesdə ondan ərizə alınıb və o, sərbəst buraxılıb.

E.Əliyevin bildirdiyinə görə, 2019-cu ildə bir sement şirkətinin şikayəti ilə bağlı məhkəmə onun üzərinə 8 min 50 manat borc öhdəliyi qoyub: "Tovuz rayon Məhkəməsi bu inzibati iş üzrə mənim üzərimə 8 min 50 manat borc öhdəliyi qoyub. Mən həmin borcun 5 min 800 manatını ödəmişəm".

E.Əliyevin deyir ki, ödəniş rəsmiləşdirilməyib və sonra da zərərçəkən şəxs ölüb: "Zərərçəkən vəfat etdiyinə görə inzibati icraata xitam verilməli idi. Buna baxmayaraq, məhkəmə işə xitam verməyib. Öhdəliyim və axtarışa verilməyim ilə bağlı da mənə hər hansı xəbərdarlıq edilməyib" .E.Əliyevin bu dediklərinə, hələlik, Tovuz rayon Məhkəməsi və başqa maraqlı tərəflərdən münasibət almaq mümkün olmayıb.

Aprelin 18-də AXCP üzvü Elxan Əliyev İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsindən azadlığa buraxılandan sonra yenidən tutulub. Bu barədə partiya sədrinin müşaviri Məmməd İbrahim məlumat verib. Onun sözlərinə görə, Məntəqənin yanında E.Əliyevə iki mülkigeyimli şəxs yaxınlaşaraq axtarışda olduğunu bildiriblər: "Tovuz rayonundan gələn polis əməkdaşları idi. Elxan bəyə dedilər ki, o, hansısa mülki işə görə axtarışdadır və onlarla birlikdə Tovuza getməlidir. Amma hansı iş olduğunu demədilər".

Partiyadan qeyd olunub ki, bu saxlanılma E.Əliyevin siyasi fəaliyyəti ilə bağlıdır: "Mart ayında həbs edəndə niyə demədilər ki, barəsində axtarış var? Deməli, məsələ onun fəaliyyəti ilə bağlıdır".

E.Əliyev martın 19-da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə 30 sutka inzibati qaydada həbs olunub. AXCP-dən onun həbsinin səbəbi tənqidi yazıları ilə izah edilirdi.

E.Əliyev saxlanarkən maşınında 2 min 500 manat pul olduğunu və həmin pulun yoxa çıxdığını açıqlamışdı.

Siyasət

Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat: saxlanılanlar var

4 Oktyabr 2022

Açıq mənbələrdən götürülüb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib. Bu barədə oktyabrın 4-də Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.  Əməliyyat zamanı bir neçə vəzifəli şəxs saxlanıldığı bildirilir. APA-nın xəbərinə görə, saxlanılanlardan biri də İH-nin Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayevdir.
Siyasət

Həbs edilmiş siyasi mühacir aclıq aksiyasına başladı

4 Oktyabr 2022

Sosial Media

Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilmiş Anar Əliyev oktyabrın 3-dən quru aclığa başlayıb.  "Turan" xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Vəkilin sözlərinə görə, Nizami rayon polis idarəsinin müvəqqəti saxlanma yerində saxlanılan Əliyev ona qarşı siyasi və qurama ittiham irəli sürülməsinə, ailəsinə təzyiq olunaraq ölkədən çıxışına məhdudiyyət qoyulmasına etiraz əlaməti olaraq quru aclığa başlayıb. Anar Əliyev iyulda xəstə atasına baş çəkmək üçün Almaniyadan Azərbaycana gəlib. Almaniyada Əliyevin ailəsi humanitar səbəblərlə əlaqədar Almaniyadan sığınacaq alıb. Bir neçə həftə sonra o, polis tərəfindən saxlanılıb və narkotik ticarətində ittiham olunub. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq...

Seçilmiş Videolar

Toplum TV loqo