Siyasət

“Dünya azərbaycanlılarının həmrəyliyi var?”

31 Dekabr, 2021
1391

Açıq mənbələrdən götürülüb

“Azərbaycan polisi Qarabağ qazisini döyür, məmurlar xalqın cibinə girib milyonlar oğurlayır, bu həmrəylikdir?”

Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Artıq 29 ildir bu gün Azərbaycanda rəsmən qeyd edilir.

Onun əsası 1989-cu il dekabrın axırlarında Naxçıvan Muxtar Respublikasında sərhədlərin dağılması zamanı qoyulub. O zaman SSRİ tərkibində olan Azərbaycanla İran arasındakı sərhəd dirəkləri sökülüb.

Elə həmin vaxt İstanbulda, Dünya Azəri Türk Dərnəyinin birinci qurultayında dekabrın 31-nin həmrəylik günü kimi qeyd olunmasına dair qərar verilib.

1992-ci ildə prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə bu qərar rəsmiləşdirilib.

Sərhəd məftillərinin əsasən, Azərbaycan SSR-in Cəlilabad, Naxçıvan Muxtar Respublikası və başqa sərhəd bölgələrində əhalinin səyi ilə söküldüyü deyilir.

Azadlıq Hərəkatı iştirakçılarının Həmrəylik günü ilə bağlı fikirləri isə haçalanır. Bu günü xalqın milli birlik mübarizəsinin nəticəsi sayanlar da, SSRİ rəhbərliyinin təxribatı kimi qiymətləndirənlər də var. İkincilər hətta sərhədlərin sökülməsindən 20 gün sonra baş verən 20 Yanvar hadisələrini də həmin günlə bağlayır və xalqın, hərəkatın cəzalandırılması kimi dəyərləndirirlər.

Azadlıq Hərəkatı iştirakçılarından biri olmuş, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn belə yanaşma ilə razılaşmır, hesab edir ki, sərhədlərin sökülməsini Azərbaycan xalqının birliyinin, milli hisslərinin ifadəsi idi.

Açıq mənbələrdən götürülüb

“Mən ilk dəfədir ki, bu günün təxribat olmasıyla bağlı fikirləri eşidirəm. Azərbaycan vətəndaşları sərhəd zolağındakı məftilləri götürdülər və bu, dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd olunmağa başladı. Bu günün müəllifi azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy oldu. Sərhədlərin sökülməsinə dekabrın 31-dən əvvəl başlanılmışdı. Artıq noyabr ayından AXCP-nin rayon təşkilatları, Naxçıvan vilayət təşkilatları tərəfindən bu barədə qərarlar verilmişdi”.

20 Yanvar hadisələrinə gəldikdə, partiya sədri deyir ki, bu günü sərhədlərin sökülməsiylə əlaqələndirməyin özü təxribatdır: “Yalnız əli Azərbaycan xalqının qanına batmış adamlar, öz fəaliyyətlərinə haqq qazandırmaq istəyən cinayətkarlar 20 Yanvar hadisələrinə həmrəylik gününün nəticəsi kimi baxırlar”.

Pənah Hüseyn bildirir ki, 1990-cı ilin yanvarında Bakıda baş verənlər Azərbaycan xalqını cəzalandırmaq, azadlıq ideyalarını boğmaq məqsədi daşıyırdı.

“1990-cı il yanvarın 21-dən 22-nə keçən gecə Azərbaycan SSR Ali Sovetinin qərarında 20 Yanvar hadisəsi təcavüz kimi dəyərləndirilib. Ali Sovetin sədri Elmira Qafarova dünya xalqlarına müraciətində bu günü cinayət kimi qiymətləndirib. Dini rəhbər Allahşükür Paşazadə BMT baş katibinə, dünya ölkələrinə, Qorbaçova müraciətində bu hadisəni xalqa qarşı cinayət adlandırıb, “Müstəqil olmaq istəyən xalqın qarşısını belə almaq olmaz” kimi ifadələr işlədib. Bu günü həmrəylik günü ilə əlaqələndirmək olmaz”.

Eyni hərəkatda iştirak etmiş siyasi şərhçi Zərdüşt Əlizadə isə Pənah Hüseynə zidd fikirdədir. O, sərhədlərin sökülməsini “KQB”-nin oyunu hesab edir.

Zərdüşt Əlizadə - AFU

“Bu oyunu indi də dəstəkləyənlər var. Olmayan bir şeyin nəyini bayram edirsiniz? Dünya azərbaycanlılarının həmrəyliyi var? Heç Azərbaycanın özündə həmrəylik yoxdur. Azərbaycan polisi Qarabağ qazisini döyür, məmurlar xalqın cibinə girib milyonlar oğurlayır, hakimlər ədalətsiz hökmlər çıxarır, vətəni rüsvayi-cahan edirlər, bu həmrəylikdir?”

Politoloq sərhədlərin sökülməsində iştirak edən azadlıq hərəkatının iştirakçılarını xalqa laqeyd hesab edir: “Onlar öz ciblərini güdən adamlardırlar. Bu dəqiqə onların hansı mövqedə durduqlarına baxsaq, bunu görərik”.

Azadlıq hərəkatının daha bir iştirakçısı, deputat Sabir Rüstəmxanlı da o fikirdədir ki, 1989-cu ilin dekabrında baş verənləri Moskva kəşfiyyatının işi adlandırmaq olmaz: “Əgər Moskva sərhəd hərəkatına görə ölkəyə girsəydi, ordunu Bakıya yox, Naxçıvana yeridərdi. Həm də rus ordusunun Bakıya girməsi çoxdan - xalq hərəkatı güclənəndən, ermənilərin qovulması haqqında şayiələr yayılandan sonra planlaşdırılmışdı”.

Sabir Rüstəmxanlı - Açıq mənbələrdən götürülüb

 Deputatın sözlərinə görə, hərəkatın dəyərini azaltmaq, xalqın milli hisslərini kiçiltmək doğru deyil. Onun fikrincə, sərhədlərin sökülməsi Azərbaycan xalqının 200 ildən bəri gözlədiyi tarixi hadisə idi.

Sabir Rüstəmxanlı deyir ki, bir neçə ay əvvəl İranla Azərbaycan arasında gərginlik yaşanarkən cənubi azərbaycanlılar yenə də həmrəylik nümayiş etdirdi: “İldən-ilə xalqın həmrəyliyi artır. Azərbaycan gücləndikcə xalqın müstəqillik, birləşmə arzusu da güclənir. Vaxtilə iki ölkə arasında informasiya mübadiləsi yox idi. İndi də İran rejimi xalqa qadağa qoyur, Türkiyə, Azərbaycan televiziyalarına baxmaq olmur. Amma xalqın həmrəylik istəyinin qarşısını heç kəs ala bilməz”.

Həmrəylik günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən bayram olaraq qeyd olunur. Hər il ölkə başçısı bu münasibətlə dünya azərbaycanlılarını təbrik edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo