Gürcüstan DTX-nin keçmiş rəis müavini Əfqan Muxtarlının oğurlandığını etiraf edib
Sosial Media
Jurnalist, keçmiş siyasi məhbus Əfqan Muxtarlı 2017-ci ildə Gürcüstan Təhlükəsizlik Xidmətinin sabiq rəis müavini Soso Qoqaşvili tərəfindən oğurlanıb.
Bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəis müavini Soso Qoqaşvili həbsdə olarkən etiraf edib.
Sabiq rəis müavini Soso Qoqaşvili bir həftə əvvəl həbs edilib.
İyulun 21-də o, vəkilləri vasitəsi ilə bəyanat yayaraq bildirib ki, Əfqan Muxtarlı “Gürcü arzusu” Partiyasının sədri İvanaşvilinin göstərişi əsasında oğurlanmışdı. Daha sonra isə bütün dəlillər və kamera görüntülərini silinib.
https://toplum.tv/siyaset/dtx-rusiyadan-gelen-ittihamlara-cavab-verib-esassiz-iddialar-ireli-surub
Soso Qoqaşvili 2015-2018-ci illərdə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini vəzifəsində işləyib. O, buna qədər 2014-cü ildə Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyinin rəisi olub. 2020-ci ilin oktyabrında isə “Gürcü arzusu” Partiyasını tərk edib.
Bu ilin iyulun ortalarında o, dövlət sirrini yaymaq itiihamı ilə həbs olunub.
Ə. Muxtarlı deyir ki, Gürcüstan Təhlükəsizlik Xidmətinin keçmiş rəis müavini onun oğurlanma əməliyyatının bütün detallarından xəbərdardır.
“Biz onun prokurorluqda ifadə verməsinə nail olacağıq. Həmçinin Avropa Şurası və Avropa Birliyinə məsələnin diqqətdə qalması üçün müraciət hazırlayırıq”, - deyə o bildirib.
Əfqan Muxtarlı 2017-ci il mayın 29-da müvəqqəti icazə ilə yaşadığı Gürcüstanda “yoxa” çıxıb, səhəri günsə Azərbaycanda həbs edilib.
Gürcüstan DTX-nin sabiq rəis müavininin etirafına görə, Əfqan Muxtarlı Tbilisidə saxlanılıb, işgəncəyə məruz qalıb, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.
Əfqan Muxtarlı Azərbaycanda Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edilirdi.
Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülmüşdü.
Həmin ittihamlarla o, 6 il azadlıqdan məhrum edilmişdi.
Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanımışdı.
O, 2020-ci il martın 17-də jurnalist gözlənilmədən həbsdən azad edilib və dərhal Almaniyaya göndərilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Reuters
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür