Siyasət

Əfqan Muxtarlı Tbilisidə mətbuat konfransı keçirdi: "Oğurlanmağımda Gürcüstan tərəfin də əli var"

8 Aprel, 2021
38

VOA

2017-ci ilin mayında Tbilisidə oğurlanan Azərbaycanlı jurnalist Əfqan Muxtarlı Gürcüstan prokurorluğuna ümid etmədiyini deyir, jurnalistin sözlərinə görə, onun oğurlanmasında Gürcüstan tərəfin də əli var.

"Turan"ın aprelin 8-də verdiyi məlumata görə, bu barədə bu gün siyasi sığınacaq aldığı Almaniyadan Tbilisyə gələn Muxtarlı bildirib.

Jurnalist Tbilisidə keçirilən mətbuat konfransında qeyd edib ki, bu gün prokurorluğa gedəcək və xüsusən necə oğurlandığı və Gürcüstandan necə çıxarıldığı barədə ifadə verəcək.

“Mənim oğurlanmağımda Azərbaycan tərəfi və Gürcüstan tərəfdən Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, sərhəd polisi iştirak edib. Prokurorluğa Azərbaycana necə aparılmağım barədə məlumat verməliyəm, mən yolun yarısını görmüşəm. Haradan oğurlandığımı göstərməliyəm. Gürcüstan prokurorluğuna çox da ümid bəsləmirəm.

Gürcüstan tərəfi bunu Azərbaycan tərəfi ilə birlikdə edib, o vaxtkı baş nazir Georgi Kvirikaşvili də məlumatlandırılmışdı, bəlkə də, İvanişvili də bilirdi. Fotoşəkil göstərsələr, mənə hücum edən şəxsləri tanıyaram”, - deyə Muxtarlı bildirib.

Onun sözlərinə görə, o, 10-15 gün Gürcüstanda olacaq.

Araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2017-ci ilin mayında Tbilisidə oğurlanıb və gizlicə Azərbaycana göndərilib, burada o, qaçaqmalçılıqda, sərhədi qanunsuz keçməkdə, sərhədçilərə qarşı güc tətbiq etməkdə ittiham olunub və 6 il müddətinə azadlıqdan məhrum edilib.

Avropa Parlamenti, beynəlxalq hüquq müdafiə təşkilatları Muxtarının həbsini pisləyib. Amnesty İnternational onu “vicdan məhbusu” kimi tanıyıb.

O, 2020-ci il martın 17-də azad edilib və dərhal Bakıdan Almaniyaya göndərilib. 

Siyasət

Konfliktoloq: "Rusiya diversantlarla bağlı Azərbaycana təzyiq etmir"

Aytac Məmmədli
9 Aprel 2021

Sosial media

"Azərbaycan hərbi əsirlərin hamısını qaytarıb". Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev "Toplum TV"-yə deyib. Aprelin 8-də xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, hərbi əsirlərin qarşı tərəfə verilməsi həll edilib və bu məsələ artıq bağlanıb. Ermənistan mətbuatı isə ötən gün yazıb ki, Azərbaycanda saxlanılan erməni hərbçilərinin bir qrupu Rusiyanın vasitəçiliyilə qaytarılır. Hətta erməni yaxınları da hava limanında gözləyiblər. Təyyarə Yerevanın “Erebuni” aeroportunda eniş edib və məlum olub ki, içərisində yalnız Rusiyanın sülhməramlı qüvvələrinin komandanı Muradov olub. Bir gün sonra Rüstəm Muradov açıqlama yayıb ki,...
Siyasət

Media ilə bağlı yeni qanuna ehtiyac varmı?

Nigar Səmədli
9 Aprel 2021

Açıq mənbələrdən götürülüb

“Media sahibliyi məsələsi uzun illərdir ki, ciddi problem kimi ortalıqdadır, azad rəqabət mühiti, reklam bazarı və şəffaflıq yoxdur. Hökumət də bundan istifadə edib medianı fərqli adlar altında nəzarətində saxlayır”. Bunu “Toplum TV”-yə media hüququ üzrə ekspert Xalid Ağaliyev Əhməd İsmayılovun fikirlərini şərh edərkən deyib. Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov aprelin 9-da jurnalistlərə deyib ki, Azərbaycanda “Media haqqında” yeni qanun layihəsi hazırlanır. O, layihənin Prezidentin "Ьedia sahəsində islahatların dərinləşdirilməsi haqqında" 12 yanvar tarixli fərmanının ikinci hissəsinə uyğun olaraq hazırlandığını bildirib. Əhməd İsmayılov qeyd edib ki, layihə hazırda işçi qrupda müzakirə olunur: “Media subyektləri tərəfindən verilmiş rəy və təkliflərin...
Seçilmiş Videolar