Siyasət

Əfqan Sadıqovun komaya düşdüyü deyilir

Elməddin Şamilzadə
24 Yanvar, 2021
1332

azadlig.org

Həbsinə etiraz olaraq uzunmüddətli aclıq aksiyası edən “Azel TV" saytının baş redaktoru Əfqan Sadıqovun komaya düşdüyü deyilir. Bu haqda onun həyat yoldaşı Sevinc Sadıqova “Toplum TV”-yə məlumat verib. O, həyat yoldaşı ilə görüş verilmədiyini və bu səbəbdən narahat olduğunu bildirir.


Yanvarın 21-də Sumqayıtda jurnalistin appelyasiya şikayətinə baxılacaqmış, amma qəfildən təxirə salınıb. S.Sadıqova iddia edir ki, məhkəmə qəsdən, yoldaşının vəziyyəti ağır olduğu üçün təxirə salınıb və buna görə onlara görüş verilmir.


“80 gündür Əfqan bu vəziyyətdədir, onlar da bundan xəbərdardır... Vəziyyətinin ağır olmasına baxmayaraq məhkəməyə gəlirmiş, Sumqayıta çatmağa az qalmış hakim məhkəməni təxirə salıb, “onlayn keçiriləcək” deyib. Müalicə mərkəzindən də deyiblər ki, bizdə onlayn sistem mümkün deyil. Mən getdim, mənə görüş vermədilər dünən. Əfqanın onsuz da vəziyyəti pis idi, əlil arabasında gəzirdi, ya da qoluna kimsə girib gəzdirirdi. O vəziyyətdə belə görüşə çıxarırdılarsa, dünən görüşdürməmələrinin səbəbi vəziyyətinin daha da pisləşməsi ilə bağlıdır".

Sevinc Sadıqova
FOTO: "amerikaninsesi.org"


O, həyat yoldaşına görə narahat olduğunu, “sənə nə vaxt zəng vurmasam bil ki, yaxşı deyiləm" söylədiyini və artıq günlərdir zəng gəlmədiyini vurğulayır: "Fikirləşirdim ki, məhkəmədən sonra gedib görəcəm. Sonra bir nəfər əlaqə saxladı ki, Əfqan ayın 21-də yatıb ayılmayıb. Həkimləri çağırıblar, ona sistem, aparat qoşublar. İndi mənə deyirlər ki, ayılıb. Amma inanmağım üçün əldə heç bir sübut yoxdur. Mən özü ilə danışmamışam, məni görüşə buraxmayıblar. Sabah yenə gedəcəm. Deyirəm ki, bir video göndərin mənə, cavab verirlər: “Qanuna ziddir" ".


Sevinc Sadıqova həyat yoldaşının vəziyyəti ilə bağlı ombudsmana da müraciət edib: "Mənə deyirlər ki, sabah gedəcəyik. Sabah gec ola bilər, mən indi onun vəziyyətini öyrənmək istəyirəm. Ombusdman Aparatından dedilər ki, cəzaçəkmə müəssisəsi ilə əlaqə saxlanılıb və Əfqanın vəziyyəti yaxşıdır".


Jurnalistin xanımı onun reanimasiyaya yerləşdirildiyini, orda normal müalicənin mümkün olmadığını, hətta antisanitariya hökm sürdüyünü iddia edir: “Ora sağ girib ölü çıxarlar. Mən özüm də jurnalist olaraq bu vəziyyətlərdən xəbərdaram".


Əfqan Sadıqovun appelyasiya məhkəməsi yanvarın 28-dək təxirə salınıb. Jurnalistin səhhətindən narahat qalan həyat yoldaşı isə sual edir: "Ona kimi heç bu adam sağ qalacaq ki, sən bunu təxirə salırsan? Onun işini Sumqayıta Zakir Fərəcovun (Sumqayıtın icra başçısı – red.) sifarişini icra etdikləri üçün göndəriblər".


Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.


İstintaqın iddiasına görə, jurnalist "xeberfakt.az" nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10 000 manat rüşvət alarkən saxlanılıb. Sakit Muradov həbs edilməyib.


Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilimiş cinayət hadisəsi“ adlı məqalə hazırlayıb. O, Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan və bunun araşdırılmamasından yazıb.


Jurnalist həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib. “Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin hardan gəldiyini yaxşı bilirik” - Sadıqov həbsindən öncə “Feysbuk” səhifəsində belə yazıb.


O, 7 il müddətinə aqzadlıqdan məhrum edilib.


Jurnalistləri Müdafiə Komitəsinin Əfqan Sadıqov haqqında yaydığı bəyanatda deyilir ki, Azərbaycan hakimiyyəti jurnalisti sərbəst buraxmalı və ona qarşı irəli sürülən bütün ittihamları ləğv etməlidir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Putin növbəti dəfə Əliyevə zəng edib

26 Noyabr 2022

Açıq mənbələrdən götürülüb

Noyabrın 26-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilir ki, telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmaların kompleks şəkildə həyata keçirilməsi üzrə qarşıdakı addımlar müzakirə edilib, regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının praktiki məsələləri vurğulanıb. Bundan əvvəl Putin Əliyevə oktyabrın 31-də və noyabrın 22-də zəng etmişdi.
Siyasət

Müdafiə Nazirliyi: Erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib

26 Noyabr 2022

Rəsmi səhifə

Qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib. Bu barədə noyabrın 26-da Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter noyabrın 26-sı saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib. "Bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib",- məlumatda qeyd olunub.

Seçilmiş Videolar

Toplum TV loqo