Siyasət

Ekspert: "Ölkədə real durum ağırdır"

31 Yanvar, 2018
1518
"Economist İntelligence Unit” beynəlxalq təşkilatı 2017-ci il üzrə Demokratiya İndeksini açıqlayıb. İndeks seçki prosesi və plüralizm; mülki azadlıqlar; hökumətin funksionallığı; siyasi iştirak; siyasi mədəniyyət meyarları ilə müəyyən edilib. (Novator.az) 

İndeksdə ölkələr tam demokratik, qüsurlu demokratik, hibrid rejimlər və avtoritar rejimlərə ayrılıb.Tam demokratik ölkələr siyahısına Norveç başçılıq edir. İlk beşlikdə İslandiya, İsveç, Yeni Zelandiya və Danimarka da yer alır.  ABŞ qüsurlu demokratik ölkələr siyahısına salınıb. Bu dəstədə Estoniya, Litva, Latviya da var. Moldova, Gürcüstan, Ukrayna, Qırğızıstan, Türkiyə, Ermənistan hibrid rejimlər sırasında gəlir.

Azərbaycan avtoritar ölkələr arasında göstərilir. Rusiya, Belarus, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Tacikistan da eyni cərgədədir.

"Ermənistanı idarə edənlər hərbi canilərdir"

Hesabata münasibət bildirən deputat Elman Məmmədov Toplum Tv-yə deyib ki, Azərbaycana qarşı qərəzli yanaşırlar.
 
 

Onun sözlərinə görə, bu cür təşkilatlar Ermənistan haqqında da bəzi fikirlər səsləndirsələr, yaxşı olar: "Bu cür təşkilatlar Ermənistan haqqında da bəzi fikirlər səsləndirsələr, yaxşı olar. Ermənistanı demokratik ölkə kimi tanıyırlar. Ermənistan isə işğalçı, terrorçu dövlətdir. Burada insan hüquqları pozulur. Ermənistanı idarə edənlər hərbi canilərdir. Ermənistanda olan miqrasiya dünyanın heç bir yerində yoxdur. Buna baxmayaraq, Ermənistanı demokratik ölkə adlandırırlar. Azərbaycana isə qərəzli yanaşırlar. Bu cür təşkilatlar tapşırıq vasitəsilə bunu edirlər. Azərbaycanın nüfusuna zərər gətirmək üçün əllərindən gələni edirlər. Bu, bizim üçün əsas deyil.  Azərbaycanda insan haqları qorunur, azad media mövcuddur. Bu cür təşkilatların açıqlamaları hələ çox davam edəcək”.

""Economist İntelligence Unit” təşkilatının Azərbaycanla bağlı qiymətləndirməsi reallığı ifadə edir”. 

Politoloq Nəsimi Məmmədli belə düşünür. 
 

Onun fikrincə, bu qiymətləndirmə reallığı ifadə edir: "Demokratiya İndeksi ilə bağlı belə hesabatlar mütəmadi olaraq yayılır və çağdaş qlobal beynəlxalq siyasətin konyukturasının əsasını müəyyən edir. Son illər demək olar ki, dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatlarının hesabatlarında ölkəmizin adı avtoritar rejimlərin sırasına daxil edilib. Ənənəvi olaraq "avtoritar” ölkələrin hakimiyyətlərindən başqa dünyada hər kəs belə hesabatlara ciddi yanaşır və ondan nəticə çıxarmağa çalışır. Avtoritar rejimlər isə bir qayda olaraq öz siyasətlərinə haqq qazandırmaq üçün hesabatları müxtəlif bəhanələrlə şübhə altına almağa cəhd edirlər. Ancaq bu uğursuz cəhdlər reallığı və beynəlxalq ictimai rəyi dəyişmir. Ölkəmizdə insan hüquq və azadlıqlarının real durumu ilə bağlı aparılan ən səthi monitorinqlər də təsdiq edər ki, "Economist İntelligence Unit” təşkilatının Azərbaycanla bağlı qiymətləndirməsi reallığı ifadə edir. Hesabatda seçki prosesi və plüralizm, mülki azadlıqlar, hökumətin funksionallığı, siyasi iştirak, siyasi mədəniyyət meyarları əsas kimi götürülüb. Sadalanan bütün istiqamətlər üzrə ölkəmizdə real durum çox ağırdır. Avropa Şurasının müəyyən etdiyi kriteriyalarla ölkəmizdə 150-dən çox siyasi məhbus var. Qanunsuz həbslərin, saxlanmaların, işgəncələrin sayına görə ölkəmiz Avropada liderlik edir". 

"Azərbaycanda demokratik seçki keçirilmir, müxalif siyasi partiyaların sərbəst fəaliyyəti qeyri-rəsmi qadağan edilib, söz azadlığı boğulub, birləşmə hüququ, ifadə azadlığı və digər azadlıqlar yox səviyyəsindədir. Belə bir mühitdə hesabatın ölkəmizlə bağlı hissəsinin obyektivliyinə şübhə yeri qalmır. Bəzən mənə elə gəlir, ölkəmizin idarəetmə nomenklaturasında hansısa "qüdrətli əl” qəsdən elə durum yaradır ki, beynəlxalq arenada Ermənistan  Azərbaycandan daha azad, demokratik, müsbət imicli görünsün. Sanki Azərbaycanın beynəlxalq imicinin daha da aşağı enməsi üçün məqsədyönlü bir siyasət aparılır. Hesabatda Ermənistanın bizdən daha yaxşı mövqedə olması Qarabağ probleminin həlli baxımından bizi daha da əlverişsiz duruma salır. Onların demokratiya indeksini, daxili azadlığını bizim buradan qiymətləndirməyimiz subyektiv olsa da, kənar müşahidələr göstərir ki, həqiqətən də, Ermənistanda hüquq və azadlıqlarla bağlı problemlər tədricən yoluna qoyulur. Ciddi hüquqi-siyasi islahatlar aparılır, Avropa Birliyinə doğru inteqrasiya meylləri intensivləşib, müxalifətə və mediaya qarşı total repressiyalar görünmür”, - politoloq bildirib. 

"Economist İntelligence Unit” 1946-cı ildə Böyük Britaniyada yaradılıb. Dünyanın 24 ölkəsində ofisi var.

Alya Ağayeva 
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Separatçı rejimin keçmiş “prezidentləri” Xankəndindədirlər

Toplum TV
2 Oktyabr 2023

Açıq mənbələrdən götürülüb

Qarabağdakı separatçı rejimin keçmiş “prezidentləri” Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyan hazırda Xankəndindədirlər. Toplum TV xəbər verir ki, bu barədə oktyabrın 2-də TASS agentliyi mənbələrinə istinadən məlumat yayıb.  “Moskva vaxtı ilə saat 11:00-a olan məlumata görə, onların hər üçü Xankəndindədirlər. Hazırda Azərbaycan tərəfi ilə danışıqlar aparılır”, - agentliyin həmsöhbəti bildirib. https://toplum.tv/siyaset/pazerbaycan-artiq-ermenistanla-bagli-qeyd-sert-ireli-suumlrmeyecekp Ermənistanın "Aravot" nəşrinin məlumatına görə, separatçı rejimin əksər “hökumət üzvləri”, o cümlədən “təhlükəsizlik qüvvələrinin rəhbərləri” də hazırda Qarabağdadırlar.  Azərbaycan tərəfi ilə görüşlərin və müzakirələrin nəticələrinə əsasən, separatçı liderlərin gələcək taleyinin bəlli olacağı bildirilir. 
Siyasət

Tibb üzrə Nobel mükafatının qalibləri elan olundu

Toplum TV
2 Oktyabr 2023

Açıq mənbələrdən götürülüb

Bu gün, oktyabrın 2-də tibb və fiziologiya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb.  Toplum Tv xəbər verir ki, bu barədə İsveç Nobel Komitəsi məlumat yayıb.  Mükafat Katalin Karikoya və Dryu Vaysmana “COVID-19-a qarşı effektiv mRNT peyvəndlərinin hazırlanmasına imkan verən nukleozid baza modifikasiyası ilə bağlı kəşflərə” görə verilib. https://toplum.tv/dunya/pbolqaristan-rusiya-noumlmreli-masinlarin-oumllkeye-girisine-qadaga-qoyubp Tibb və Fiziologiya Mükafatı ənənəvi olaraq Nobel həftəsini açır. Oktyabrın 3-də fizika, oktyabrın 4-də kimya, 5-də ədəbiyyat, oktyabrın 6-da Osloda sülh mükafatı laureatlarının adları açıqlanacaq. İsveç Bankı tərəfindən 1968-ci ildə təsis edilmiş İqtisadiyyat üzrə Alfred Nobel mükafatının laureatı oktyabrın 9-da elan olunacaq. Xatırladaq ki, 2022-ci ildə Fiziologiya və Tibb üzrə Nobel Mükafatı...

Seçilmiş Videolar

Toplum TV loqo