Sosial Media
Elçin Sadıqovun işi üzrə Apellyasiya Məhkəməsinə müraciət edilib.
Bu barədə “Toplum TV”yə E. Sadıqovun vəkili Bəxtiyar Hacıyev məlumat verib.
“Yəqin ki, məhkəmə iclası sabah keçiriləcək. Gecə saatlarında məlum olacaq", - B. Hacıyev bildirib.
Hacıyevin sözlərinə görə, E. Sadıqovun müdafiəsinə ona yaxın vəkil qoşulub.
https://toplum.tv/siyaset/prokurorluq-evez-zeynalli-ve-elcin-sadiqovun-hebsi-ile-bagli-melumat-yaydi
Əvəz Zeynallı və Elçin Sadıqov sentyabrın 10-da saxlanılıb. Onların evlərində və ofislərində axtarış aparılıb.
Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elçin Sadıqova isə 32.5, 311.3.3 (külli miqdarda rüşvət almada vasitəçilik) maddəsilə ittiham olunur.
İttihamı məhkəmə təsdiqlərsə, onları 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Elçin Sadıqov ittihamın qondarma olduğunu, siyasi motivlərlə həbs edilən ictimai-siyasi fəallara vəkillik etməsinə görə cəzalandırıldığını bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
mfa.gov.az
Açıq mənbələrdən götürülüb