Siyasət

Eldəniz Səlimov saxlanıldı

3 Avqust, 2021
324

Açıq mənbələrdən götürülüb

Bu gün toxunulmazlığı ləğv edilən Milli Məclisin deputatı Eldəniz Səlimov saxlanılıb.

Prokurorluq orqanlarından verilən məlumata görə, o, bu gün Binəqədi Rayon Məhkəməsinə gətirilərək hakim qarşısına çıxarılacaq.

Bildirilir ki, məhkəmə E.Səlimov barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxacaq.

İyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

Siyasət

Müxalifət  "Pandora sənədləri" ilə bağlı Baş Prokurorluğa müraciət etdi

18 Oktyabr 2021

Turan

Demokratik Qüvvələrin Milli Şurasının və Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərləri Cəmil Həsənli və Əli Kərimli  "Pandora sənədləri" beynəlxalq jurnalist araşdırması ilə bağlı ölkənin baş prokuroru Kamran Əliyevə müraciət ediblər. "Turan"ın məlumatına əsasən, müxalifət təmsilçiləri Baş Prokurorluqdan hərtərəfli və obyektiv araşdırma tələb edir. "Pandora sənədləri"nə əsasən, Azərbaycan Prezidentinin ailəsi Böyük Britaniyada 429 milyon funt-sterlinq (694 milyon dollar) dəyərində daşınmaz əmlak alıb. Cəmil Həsənli və Əli Kərimli xatırladırlar ki, əvvəllər də Azərbaycanın yüksək vəzifəli məmurlarının adları "pulların yuyulması", vəsaitlərin offşorlara köçürülməsi ilə bağlı beynəlxalq qalmaqallarda adları keçib. 2017 - ci ildə Demokratik Qüvvələrin Milli Şurası digər qalmaqallı araşdırma - "Azərbaycan landromatı" ilə...
Siyasət

Azərbaycanlılar daha bir ölkəyə vizasız səfər edə biləcək

18 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Oktyabrın 18-də “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş” imzalanıb. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin əbdülrəhman əl-Tani ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verilib. Sənədi Azərbaycan və Qətərin Xarici İşlər nazirliklərinin rəhbərləri imzalayıblar. 
Seçilmiş Videolar