Ələsgər Məmmədli: “Görüntüləri kimin yaydığı araşdırılmasa, bütün məsuliyyət hökumətin üzərində qalacaq”
Açıq mənbələrdən götürülüb
“Görüntülər siyasi məqsədlə yayılıbsa, hüquq-mühafizə orqanları, xüsusilə də siyasi hakimiyyət ciddi tədbir görüb bunu ortaya çıxarmalıdır. Əks halda bütün məsuliyyət hökumətin üzərində qalacaq”.
Bunu “Toplum TV”-yə hüquqşünas Ələsgər Məmmədli deyib.
Sosial şəbəkədə Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənliyə aid olduğu iddia edilən intim görüntülər yayılıb. Bu barədə martın 28-də C.Həsənli şəxsi “Feysbuk” hesabında paylaşım edib.
O bu görüntülərin yayılmasında Azərbaycan hakimiyyətini ittiham edib.
Ə.Məmmədli şəxsi həyatın toxunulmazlığını hüquqi baxımdan şərh edib: “Konstitusiyanın 32-ci maddəsində şəxsi həyatın qorunması ilə bağlı konkret olaraq dövlətin öhdəlikləri sadalanıb və hər bir insanın şəxsi həyatının təminat altında olduğu vurğulanıb. Yəni bu, dövlətin öhdəliyidir ki, insanların şəxsi həyatına hər hansı müdaxiləyə icazə verməsin və belə bir hadisə baş verdiyi halda buna uyğun tədbir görülsün.
Bundan başqa, Cinayət Məcəlləsinin 156-cı maddəsinə görə, şəxsi həyata müdaxilə, şəxsi həyata dair görüntülərin çəkilməsi, əldə olunması və yayılması və sairə çox açıq şəkildə cinayət məsuliyyəti yaradır. Əgər bu, hansısa vəzifəli şəxslərin qulluq mövqeyindən istifadə etməsi nəticəsində baş verərsə, o zaman bu məsuliyyətin dərəcəsi artır və 2 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilir. Bunlar məsələnin hüquqi tərəfidir. Əxlaqi və mənəvi qisminə gəldikdə isə, Cəmil Həsənli siyasətlə məşğuldur, onu bu yolla siyasətdən çəkindirmək çox yanlış metoddur və tərs nəticə verir. Bütün cəmiyyət bu tip davranışları qınayır və buna nifrət edir. Əgər görüntülər siyasi məqsədlə yayılıbsa, hüquq-mühafizə orqanları, xüsusilə də siyasi hakimiyyət ciddi tədbir görüb bunu ortaya çıxarmalıdır. Əks halda bütün məsuliyyət hökumətin üzərində qalacaq”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Sosial Media
Açıq mənbələrdən götürülüb